Avstraliyada məlumatlandırma askiyası keçirilib
26 Fevral 2015 17:08 SiyasətXocalı soyqırımının 23-ci ildönümü ilə əlaqədar bu gün Avstraliyanın Sidney şəhərində məlumatlandırma və imzatoplama aksiyası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, aksiya Azərbaycanın Avstraliya İttifaqındakı Səfirliyinin dəstəyi ilə təşkil olunub. 6 saat davam edən aksiyada Xocalı faciəsinin soyqırım kimi tanınması məqsədi ilə federal və ştat parlamentlərinə ünvanlanacaq icma petisiyası üçün imzalar toplanıb. Ərazidə qurulmuş stendlərdə isə soyqırımını əks etdirən fotoşəkillər nümayiş olunub, yerli sakinlərə broşür və bukletlər paylanıb. Fevralın 27-də ölkənin ən böyük məscidi Gelibolu məscidində cümə namazından öncə soyqırımı ilə bağlı ətraflı məlumat verilməsi, faciə qurbanlarının ruhuna dualar oxunması nəzərdə tutulub. Sidney şəhərində fəaliyyət göstərən "Azərbaycanın Səsi" (Voice of Azerbaijan) radiosu son buraxılışlarını Xocalı soyqırımına həsr edib. Radioproqramın rəhbəri Gülzar Qasımovanın təqdimatında efirə gedən verilişdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, Ermənistan Silahlı Qüvvələri tərəfindən yerli dinc azərbaycanlılara qarşı xüsusi qəddarlıqla soyqırımı aktının həyata keçirilməsi, Xocalı soyqırımının dünyada tanınmasında türk xalqlarının birgə fəaliyyəti və digər mövzularda müzakirələr aparılıb.