Tbilisidə Xocalı yürüşçü keçirildi

Gürcüstan paytaxtı Tbilisidə  "Xocalıya ədalət" kampaniyası çərçivəsində yürüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı baş tutan yürüşdə azərbaycanlı və gürcü gənclər, ziyalılar, dövlət məmurları, QHT və ictimayyət nümayəndələri iştirak edib. Yürüş iştirakçıları əllərində plakatlar və "Xocalıya ədalət" yazıları ilə parlamentin köhnə binasına doğru yürüş ediblər. Burada aksiya iştirakçıları Xocalı qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə "Xocalıya ədalət!", "Qarabağa azadlıq!", "Müharibə istəmirik!", "Yaşasın Azərbaycan və Gürcüstan dostluğu!", "İşğalçı Ermənistan dövlətinə lənət!", "Xocalı-əsrin soyqırımı!" , "Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü təmin olunsun", "Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır" kimi şüarlar səsləndiriblər. Gün ərzində gənclər şəhərdə sakinlərə və şəhər qonaqlarına Xocalı qətliamı haqqında çap olunmuş bukletlər paylayaraq əhaliyi Xocalı hadisələri haqqında məlumatlandırıblar. Sonra yürüş iştirakçıları Azərbaycan və Gürcüstan bayraqlarıl Ermənistanın Gürcüstandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Səfirlik qarşısında təşkil olunan etiraz aksiyasında iştirakçılar "Xocalıya ədalət!", "Cinayətkarlara ölüm!" şüarları səsləndirərək Xocalı soyqırımı cinayətkarlarının cəzalandırılmasını tələb ediblər. 200-dək aksiya iştirakçının imzaladığı bəyanat Ermənistan səfirliyinin nümayəndəsinə təqdim edilib. Etiraz aksiyası insidentsiz başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00