Tahir Gözəl: “Xocalıda baş verənlər insanlıq üçün utancvericidir”

"Xocalı faciəsi bir millətin yox, bütün bəşəriyyətin kədəridir". "Olaylar"ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdamın "Qarabağ" Futbol Klubunun vitse-prezidenti Tahir Gözəl Xocalı Soyqırımının 23-cü ildönümü ilə bağlı çıxışında belə deyib. "Bütün insanlar eyni yaradılıb, sonra isə insanlar qəlblərindəki nəfslərinə məğlub olaraq, Xocalı kimi faciələr törətdilər. Xocalıda baş verənlər insanlıq üçün utancvericidir. Orada qətlə yetirilən uşaqlar sadəcə Azərbaycanın yox, bütün bəşəriyyətin övladlarıdır. Hər birimizi insanıq və bizim əsas qayəmiz qan tökmək və pislik etmək olmamalıdır. Xocalı soyqırımı cahiliyyətin törətdiyi faciədir. Tarix üçün şəhid olanların xatirələrinin yaşadılması üçün hər birimizin üzərinə düşən vətəndaşlıq vəzifəsi düşür və bunu layiqli şəkildə yerinə yetirməliyik. "Qarabağ" futbol klubu adımızı ən qürurverici formada təmsil edir. "Qarabağ" 1 milyonluq Qarabağ köçkününün təsəllisidir. Klubun adı bizim məsuliyyətimizi bir qədər də artırı. Hər kəs Qarabağ və Xocalı faciəsi haqda düşünməlidir. Bir daha belə faciələrin yaşanmaması üçün insanlar sevgi içərisində yaşamalıdırlar" - deyə T.Gözəl bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00