Ziyafət Əsgərov: “Azərbaycanın Ermənistanın şıltaqlığına dözmək fikri yoxdur”

"Bir tərəfdən həmsədr dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirirlər, digər tərəfdən işğal edilmiş ərazilərin işğaldan azad edilməsi üçün tədbirlər görmürlər". Bu barədə jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib. O qeyd edib ki, ABŞ və Avropa ölkələri Krım məsələsinə və Ukraynanın şərqindəki hadisələrə görə Rusiyaya, oradakı separatçılara sanksiyalar tətbiq edirlər."Amma Ermənistana qarşı tədbirlər görülmür, əksinə Qarabağdakı separatçılara maliyyə yardımı ayrılır". Z.Əsgərov vurğulayıb ki, separatçılar isə bunu silahlanmaya xərcləyir. Bütün bunlar ikili standartların mövcudluğunu gödstərir: "Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Ancaq bundan sonra da Ermənistanın danışıqları imitasiya xatirinə apardığını görsək, problemin həllində maraqlı olmasa, bizim güclü ordumuz var. Azərbaycanın bundan sonra da Ermənistanın şıltaqlığına dözmək fikri yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00