Həmsədrlər səhvini düzəltməlidir

"ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərlərinin yekunu olaraq verdikləri yanlış bəyanatı düzəltməlidirlər". Belə bir açıqlama ilə çıxış edən politoloq Ramiz Alıyev "OLAYLAR"-a deyib ki, əks halda bu yanlışlıq Ermənistan üçün əlavə fürsətlər yaradacaq: "Həmsədrlər gözəl bilirlər ki, Dağlıq Qarabağ separatçıların nəzarəti altındadır və həmin ərazilər ermənilər tərəfindən işğala məruz qalıb. Bunu bildikləri halda separatçı rejimi de-fakto hakimiyyət kimi tanımaq beynəlxalq hüquq və normalara, eləcə ATƏT-in prinsiplərinə ziddir. Bununla ATƏT-in Minsk Qrupu ermənipərəsət mövqe nümayiş etdirdiyini ortaya qoymuş olur". Politoloqun sözlərinə görə, həmsədrlərin bu bəyanatı mənfi presidentin əsasını qoyur: "Sabah bir başqa beynəlxalq təşkilat da həmsədrlərin sərsəm açıqlamasından dolayı separatçı rejimi de-fakto hakimiyyət kimi qiymətləndirə bilər. Hesab edirəm ki, həmsədrlər nə qədər gec deyil bu səhvi aradan qaldırmalıdırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00