Millət vəkilindən Uorlikə məsləhət

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Xocalı soyqırımının ildönümü ilə bağlı tvit paylaşıb. "OLAYLAR"-ın xəbərinə görə, o, Dağlıq Qarabağ münaqişəsi tərəflərini bir daha barışığa səsləyib. Həmsədr qeyd edib ki, bu günlər anım günüdür. Keçmişdə baş verən ölümlər və faciələr ağrı mənbəyi olaraq qalır. Bu gün barışıq vaxtıdır. Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə isə həmsədrə z məsləhətini verib: "Hömrətli cənab Ceyms Uorlik. İlk növbədə Xocalı cəlladlarının insanlığa zidd olan ağır cinayətlərinə görə məhkəmə qarşısında cavabları olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00