Hyustonda Xocalı qurbanları anılıb

Birləşmiş Ştatlarda öz aktivliyi ilə seçilən Azərbaycan Amerika Mədəniyyət Alyansı (AACA) Xocalı qurbanlarını anma proqramı keçirib. AACA-dan "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, Hyuston Azərbaycanlılar Təşkilatının sədri Elxan Ağamirzə qonaqlara Xocalı haqqında geniş məlumat verib. Proqramda iştirak edən Texas millət vəkili Dr. Allen Alma bu vəhşiliklərə səbəb olanları qınayıb, Azərbaycan-Amerika əlaqələrinin bundan sonra daha da inkişaf edəcəyini söyləyib. Proqram əsnasında AACA təşkilatına bağlı Azərbaycan dili, incəsənət və texnologiya kursunun şagirdləri Xocalı ilə bağlı Sona Məmmədovanın şerini söyləyiblər. Proqramın sonunda Texas millət vəkili Dr. Allen tərəfindən AACA-ın direktoru İsmayıl Əhmədova Texas ştatının parlamenti tərəfindən Xocalı qətliamının qanun olaraq qəbul edilən qətnaməsi təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00