Fuad Qəhrəmanlının Əli Kərimli sevgisinin gizlinləri

Niyaməddin Orduxanlı: “Küçə adamları küçə müxalifəti olduqlarını nümayiş etdirirlər”

Son günlər Azərbaycan Xalq Cəbhəsi Partiyası ətrafında gərginlik səngimək bilmir. Xüsusilə, Əli Kərimlinin müavini Razi Nurullayevin partiyadan istefa verməsindən sonra partiyadaxili situasiya AXCP rəhbərliyi üçün arzuedilməz məcraya yönəlib. Belə ki, Razi Nurullayevin AXCP rəhbərliyindən istefa verməsi və onun partiya sədri Əli Kərimli ilə bağlı verdiyi şok açıqlamalar qarşılıqlı ittihamlarla davam etməkdədir. Razı Nurullayevin bu cür acıqlamalarına münasibət bildirən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Razi Nurullayevə cavab verməklə yanaşı digər şəxsləri, Azər Həsrət, Niyaməddin Orduxanlı, Rauf Arifoğlu, Aynur Camalqızı, Taleh Şahsuvarlı və digərlərini ittiham edib. Fuad Qəhrəmanlının bu ittihamına cavab verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı bildirib ki, vaxt gələcək Əli Kərimliyə ən sərt sillə vuran Fuad Qəhrəmanlı olacaq. Onun sözlərinə görə, Fuad Qəhrəmanlı Əli Kərimlinin yanında çox qalmayacaq və o da istefa verəcək: "Bir müddət sonra o da Əli Kərimlinin əsl simasından danışacaq. Necə ki, bu gün Razi bəy və digərləri danışır. Fuad Qəhrəmanlı özü də yaxşı bilir ki, Əli Kərimli yeganə şəxsdir ki, onunla uzun yol getmək mümkün olmur və o hər kəsə xəyanət etməyi bacarır. Əli Kərimli kimlərə xəyanət etməyib ki? Əbülfəz Elçibəy başda olmaqla, tələbə yoldaşlarına, dost dediyi şəxslərə, onun ailəsini və özünü qoruyan insanlara. Bu siyahını uzatmaq da olar". Niyaməddin Orduxanlı deyib ki,  Əli Kərimlini indiki hakmiyyət də məhz xəyanət etdiyinə görə uzaqlaşdırıb: "Əli Kərimli bolşevikdir. Kim onunla deyilsə, düşməndir. Bu adam üçün heç bir mənəvi tellər qalmayıb. Sözün həqiqi mənasında Əli Kərimli iliyinə qədər siyasiləşmiş adamdır. Ona yaxşılıq edən adamı, bir saat ərzində düşmən edir. Baxın, Razi bəyin acıqlamalarına. Neçə ola bilər ki, ondan imtina edən hər kəs - müavinləri olmuş Asəf Quliyev, Razi Nurullayev və müşavirləri Şakir Abbasov, Zərifə Məhəddinova, Rəsul Mirhəşimli eyni ittihamları səsləndirir? Fuad Qəhrəmanlı Aynur Camalqızını da ittiham edib. Başa düşə bilmirəm, əgər Aynur xanımın fəaliyyəti sizi qane etmirsə, necə ola bilər ki, Fuad Qəhrəmanlının həyat yoldaşı Aynur xanımın rəhbərlik etdiyi media qurumunda çalışır? Bunu neçə başa düşək? Əli Kərimlinin müşaviri olmuş Zərifə xanım deyir ki, Əli Kərimli onu porno kasetlə şantaj edir. İndi bunun günahı bizdədir? Bu anormallıqdır ki, Əli Kərimlinin özü müavinlərinə, müşavirlərinə qarşı tutduğu mövqeyə görə, kimisə ittiham edəsən. Sonda bir məqama da toxumaq istəyirəm. Artıq Razı bəyin özü də acıqlamasında bildirib ki, facebook.com sosial şəbəkəsinə saxta profilləri gətirən və idarə edən şəxs Əli Kərimlidir. Öz ətrafında olan 5-10 nəfərin hər birinə 100-200 saxta profilləri açdırıb insanları təhqir edirlər. Bu göstərişi də verən Əli Kərimlidir. Kişi kimi acıq mübarizədən qaçanlar bilməlidir ki, həmin ptofillərlə, yazdığınız təhqirlərlə siz hansı tərbiyənin sahibi olduğunuzu göstərirsiniz. Neçə deyərlər, küçə adamları küçə müxalifəti olduqlarını nümayiş etdirirlər".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00