Marneulidə Xocalı qurbanları anılıb

"Xocalıya Ədalət" kampaniyası çərçivəsində növbəti görüş Marneulidə keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, AMM-in sədi Fazil Həsənov tədbirdə çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xocalı faciəsinin baş vemə səbəbləri, acı nəticələri barədə ətraflı məlumat verib. Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Azər Süleymanov, Sadaxlı kənd 1 saylı məktəbin müəlliməsi Taedjan Xvedelidze , gürcü ziyalılarından David Karkatadze və başqaları çıxış edərək Azərbaycan və gücü xalqlarının qarşılaşdıqları problemlərdən, hər iki dövlətin ərazisinin işğala məruz qalmasından söz açıblar. Natiqlər Xocalı faciəsinin əsl soyqırımı olduğunu bildirib, bu qətliama dünya birliyi tərəfindən layiqli qiymət verilməsinin vacibliyini vurğulayıblar. AMM-in gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva "Xocalıya ədalət" kampaniyası barədə ətraflı məlumat verib. Bildirib ki, gürcüstanlı gənclər də Heydər Əliyev Fondunun vitse-pezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan layihəyə fəal qoşulublar. Tədbirin sonunda "Xocalı qətliamı Gürcüstanlı məktəblilərin gözü ilə " adlı rəsm müsabiqəsinin nəticələri elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00