Polşadakı səfirliyimizdə Xocalı faciəsi qeyd edilib
26 Fevral 2015 12:18 SiyasətAzərbaycanın Polşadakı Səfirliyində Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Polşa nümayəndəliyinin təşkilatçılıgı ilə Xocalı soyqırımının qurbanları anılıb. ASGA-dan "OLAYLAR"-a bildirilib ki, tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Xocalı soyqırımı haqqında təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb. Ermənilərin Azərbaycan xalqına etdiyi zülmlərdən danışıb. Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Polşa nümayəndəliyinin rəhbəri Anar Məmmədov çıxış edərək tədbirdə iştirak edən yerli vətəndaşlara Polyak dilində Xocalı soyqırımı haqqında geniş məlumat verib. Sonra Polşa Diplomatiya Universitetinin tələbəsi Kamil Sobcak çıxıs edərək soyqırım haqqında öz fikirlərini paylaşıb. O, Xocalı faciəsini bəşəriyyətə qarşı olan soyqırım aktı kimi qiymətləndirib. Tədbirdə iştirak edən yerli jurnalistlər, təşkilat rəhbərləri çıxışlar ediblər, soyqırıma münasibətlərini bildiriblər. Tədbirin sonunda iştirakçılar Xocalı soyqırımına həsr olunmuş videoçarx izləyiblər.