Xocalı soyqırımı – Əsrin insanlıq faciəsi

Xocalı soyqırımının baş verməsindən 23 il keçməsinə baxmayaraq bu faciənin ağrısını bütün Azərbaycan xalqı öz qəlbində indiki kimi hiss edir və daim də hiss edəcəkdir. Xocalı soyqırımı dünya tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı özünə birləşdirmək istəmiş, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirmişlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayar. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Artıq fəxrlə demək olar ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev qüdrətli Azərbaycan Dövlətinin əsasını qoymuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu dövlət daha da inkişaf etmiş və qüdrətli ordumuz yaradılmışdır. Bu gün təkcə Azərbaycanın ordusunun büdcəsi Ermənistanın büdcəsindən beş dəfə daha çoxdur.Azərbaycan ordusu bu gün bölgənin ən qüdrətli ordusudur və Azərbaycan dövləti Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olmuşdur. Ordumuz bugün təkcə yerli deyil, eyni zamanda beynəlxalq hərbi təlimlərdə iştirak edir, bu nizami ordumuzun NATO standartları səviyyədə hazırlıqlı olmasının göstəricisidir. Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandanımız cənab İlham Əliyevin qərarı ilə düşmənə sarsıdıcı cavab verməyə hazırdır. Lakin, Azərbaycan dövləti humanist bir ölkə olduğunu nnümayiş etdirir və münaqişənin hələ ki, sülh yolu ilə həll olunmasını istəyir.
Qürürla qeyd edə bilərik ki, bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla xanım Əliyeva tərəfində uğurla "Xocalıya Ədalət" kampaniyası aparılır. Məhz onların təşəbbüsü ilə 2008-ci ilin may ayının 8-də "Xocalıya ədalət" beynəlxalq kampaniyası həyata keçirilməyə başlanıldı. Kampaniyanın məqsədi Xocalı soyqırımı barədə bütün dünyanı məlumatlandırmaqdır. Qeyd olunmalıdır ki, Heydər Əliyev Fondu tərəfindən kampaniya çərçivəsində dünyanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirir. Tədbirlər
çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları təşkil olunur. Xocalı ilə bağlı məlumatlandırma tədbirləri, seminarlar, konfranslar keçirilir, filmlər çəkilir və kitablar nəşr olunur. "Xocalıya ədalət" kampaniyası nəticəsində Xocalı faciəsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Məhz Heydər Əliyev Fondunun uğurlu çalışmaları nəticəsində Meksika, Çexiya, Pakistan, Kolumbiya, Bosniya və Herseqovina parlamentləri, o cümlədən ABŞ-ın 7 ştatı Xocalı faciəsini - soyqırım və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar.
Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Mən əminəm ki, hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə biz buna yaxın zamanda nail olacağıq, işğal altında olan tarixi torpaqlarımızı azad edərək düşmənə layiq olduğu cavabı verəcəyik.

Ümid Abuzərli
YAP Gənclər Birliyi ofisinin koordinatoru.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00