Ziyafət Əsgərov: "Xocalı soyqırımına qiymət verilməsə..."
26 Fevral 2015 10:52 Siyasət"ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hər üçü Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin onların heç biri bu vaxta kimi işğalçı Ermənistana təzyiq göstərməyib". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib. Z.Əsgərov bildirib ki, ABŞ və Avropa Ukraynadakı separatçılara sanksiylar tətbiq etdi: "Lakin Dağlıq Qarabağdakı erməni separatçılara belə sanksiyalar tətbiq olunmadı, əksinə ABŞ Dağlıq Qarabağdakı erməni separatçılara yardım göstərdi, o yardımlar da silahlanmaya yönəldilir. Biz istəyirik ki, dünya bunu bilsin. Bu ikili standartlar aradan götürülsün. Azərbaycan xalqının haqq səsi eşidilsin. Çünki bu cinayətə - azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımına qiymət verilməsə, bu cinayətlər gələcəkdə daha da arta bilər".