Əli Kərimlinin psixoloji portreti

AXCP sədrinin keçmiş müavini Razi Nurullayevin Əli Kərimli haqda səsləndirdiyi fikirlər partiya liderinin iç üzünü açdı. R.Nurullayevin ittihamları cəbhəçilər tərəfindən birmənalı qarşılanmasa da, AXCP-nin bəzi dairələrində Əli Kərimli kimiliyi barədə çoxmənalı fikir formalaşdırdı. AXCP sədri haqda bu günədək səsləndirilən fikirlər müayinə idisə, Razi Nurullayevin dedikləri həmin müayinənin analizinin cavabı idi. Çünki digərilərindən fərqli olaraq, R.Nurullayev Əli Kərimlini daha yaxşı tanıyır və xarakterinə bələddir. Nəticədə cəbhəçilər haqlı sabiq müavinin sözlərindən inciyirlər. Bildikləri və bilmədikləri nə iyrənc sözləri Razi Nurullayevin ünvanına yönəldilər. Haqq acı, yalan şirin şeydi axı. Əli Kərimlinin tilsiminə düşmüşlər üçün qondarma "demokrat" obrazı yaxşıdır, nəinki R.Nurullayevin peşəkarlıqla bir cizgisini belə yaddan çıxarmadan çəkdiyi avtoritar rejim başçısı portreti. Nəticədə Əli Kərimli partiyadakı kreslosunun aşacağından qorxuduğu üçün sadiq tərəfdarlarını R.Nurullayevin üzərinə saldı. Bu birbaşa onun AXCP-dəki postunda möhkəmlənməsinə yönəlik addımdır. Şiddət tətbiq edən tərəf həmişə qorxan tərəf olur. Çünki Əli Kərimli partiya xaricində davamlı olaraq, tənqid və təhqirlar altındadır. Onun üçün ən təhlükəsiz yer partiyanın kabinetidir. Partiya daxilində yaratdığı avtoritar ab-havayla öz nüfuzunu qorumağa çalışır. Bunu bir gün itirəcəyindən qorxduğu üçün də AXCP-dən gedənləri tənqid və təhqir altında saxlatdırır. O, nüfuz itirmək qorxusunu özünə qalxan kimi istifadə edir. Daxili qorxusunu eyni zamanda tələsinə düşmüşlərə qarşı yönəldir, onları özündən qorxutmaq üçün istifadə edir. Bu xarakterinə görə, cəbhəçilər üçün "bütün səhvlər" partiyadan kənardadılar. Əli Kərimli və ətrafının yanız özlərini haqlı görmək kimi pis xüsusiyyəti də var. Razi Nurullayev Əli Kərimlinin avtoritar psixologiyaya sahib olması barədə çox net mesaj versə də, sədr bunu anlaya bilmir. Qəbul edə bilmir. Bu onun iddia edilən "demokrat" yox, avtoritar simasıdır. Eynən, cəbhəçilərin hər keçən gün ona qırılmaz bağlarla daha da möhkəmlənməsində Əli Kərimlinin böyük payı var. AXCP sədrinə ilah kimi tapınan bu kəsim özünə qarşı olan fərqli düşüncələri, ideologiyaları söyüş diliylə qarşılayır.

***

Əli Kərimlinin təhdid və qorxu dolu daxili dünyası gerçəklərini qiymətləndirməsinə maneə olur. Onun ən böyük gerçəyi yalandır. Buna görə, tez-tez haqqında olan gerçəkləri gözdən itirməyə çalışır. Daha doğrusu, apardığı analizlərində həqiqətlərin qəlibinə öz gerçəklərini doldurur. Bu gerçəkləri qorumaq üçün əl atmadığı variant, üz tutmadığı yol yoxdur. O, heç vaxt özündən başqasını anlamayıb. Çatmaq istədiyi məqsədləri uğrunda rahatlıqla əzməyi bacarır. Bu səbəbdən də AXCP-yə maliyyə gəliri qazandıran sənaye müəssisəsi kimi baxan Əli Əli Kərimli Razi Nurullayev demiş, cəbhəçiləri portağal qabığı kimi qoyur. O, həmişə cəbhəçilərin ən kiçik istəklərini belə, özünə qarşı təhdid kimi görüb. Əli Kərimli üçün "yaxşılar" və "pislər" var: Güvəndikləri "yaxşılar"dır, qalanları isə "pislər"dir. Bir gün cəbhəçilərdən hansınınsa birinin sədrliyi ələ keçirəcəyindən qorxan Əli Kərimli psixoloji olaraq, özünü ən aşağı səviyyədə hiss edir. Bunu daxildə hiss etsə də büruzə verməməyə çalışır. Özünü düşdüyü çuxurdan çıxarmaq üçün tərəfdarlarının başlarında çıxış etməyi sevir. O, buna təhlükəsizlik zirehi kimi baxır. Sırf bu xarakterinə görə, Əli Kərimli əldə etdiklərinin heç birisini tərəfdarları ilə paylaşmır. Bu təkliyini də qarşısındakıların "səhv" olduqlarına bağlayır.

***

Yerini möhkəmlətmək üçün partiya tərəfdarlarından özünü lider kimi təsdiqləyən təriflər toplamağa çalışır. Əli Kərimli üçün problem qəti şəkildə çöldədir, cəbhəçi olmayanlardadır. Çünki özünün səhv olması bütün ətrafının pis olması deməkdir ki, bu da onun mənliyi üçün qəbuledilməzdir. Bütün tərəfdarlarına minlərlə vədlər verən Əli Kərimli tələsinə düşmüşləri özünün maraqlarına xidmət etməyə məcbur edir. Cəbhəçilər üçün də Əli Kərimli var, qalanları isə "səhvlər"dir. Beləliklə, sədr düşüncələrində özünü kosmik səviyyəyə qaldırdığı üçün huşunu itirmiş kimi çıxışlar edir. Çünki o nə özünü, nə də bu günü sevir. Özünü yox, gələcəkdə əldə etdiyi xəyali iqtidar postunu sevdiyi üçün əziyyət çəkir. Reallıqla barışmaq istəmədiyi üçün aqressivdir, qara düşünür. Bu xarakteri onu içindən çıxa bilməyəcəyi arzular burulğanına atıb. Lakin əbəs yerə belə düşünür. Çünki onu göylərə qaldırdığı arzuları həm mənliyini, həm də iqtidarını əzir. Üzləşdiyi çətin vəziyyət Əli Kərimlini insan təbiiliyindən uzaqlaşdırır. Beləcə, ancaq özünü güclü hesab etdiyi insanları sevdiyini zənn edərək, insanlardan uzaqlaşır və heç kəsi sevə bilmir. Əli Kərimli üçün dəyər - zombiləşdirib məqsədlərini çiyinlərinə yüklədiyi tərəfdarları və çıxa bilmıdiyi kosmik arzularıdır.


Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00