Musa Qasımlı Xocalı soyqırımından danışacaq

Milli Məclisin deputatı Musa Qasımlı Xocalı soyqırımı ilə bağlı tədbirlərdə iştirak etmək üçün fevralın 23-dən 28-dək Türkiyənin Kayseri, Malatya və Kahramanmaraş şəhərlərində səfərdə olacaq. Bu barədə Milli Məclisdən verilən məlumata görə, millət vəkili ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı vəhşiliklərinin Türkiyə ictimaiyyətinə çatdırılması məqsədi ilə anım tədbirlərində çıxışlar edəcək, bir sıra faktları diqqətə çatdıracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00