Türkiyədə Xocalı soyqırımı ilə bağlı tədbir keçiriləcək
23 Fevral 2015 12:15 SiyasətMilli Məclisin deputatları Elman Məmmədov və Qənirə Paşayeva Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbirlərində iştirak etmək üçün fevralın 23-dən 28-dək Ankarada səfərdə olacaqlar. Bu barədə Milli Məclisdən verilən məlumata görə, millət vəkilləri Ankaranın Kızılcahamam rayonu ərazisində yerləşən Xocalı Abidə və Muzey Kompleksində, həmçinin Keçiörən rayonu ərazisində yerləşən Azərbaycan Meydanındakı Xocalı Abidəsi önündə keçiriləcək anım mərasimlərində iştirak edəcək, bir sıra görüşlərə qatılacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00