Hollandiyada Xocalı qurbanları anılacaq

Milli Məclisin deputatı Zahid Oruc Ermənistanın Qarabağı işğalını və Xocalı soyqırımını pisləyən mitinq-yürüşdə və həmin mövzuya həsr olunmuş konfransda və rəsm sərgisində iştirak etmək üçün fevralın 25-dən 28-dək Niderland Krallığının Haaqa şəhərində səfərdə olacaq. Bu barədə Milli Məclisdən verilən məlumata görə, Hollandiya Türkləri Şurası tərəfindən təşkil olunmuş tədbirlər silsiləsi Ermənistan səfirliyi qarşısına qara rəngli çələng qoyulması ilə başlayacaq. Millət vəkili Zahid Oruc konfransda çıxış edəcək, Qarabağın işğalından sonrakı proseslər və Azərbaycanın siyasəti barədə iştirakçılara məlumat verəcək. Tədbirdə Qarabağ qaçqınları haqqında şəkillərdən slayd göstəriləcək, konfransdan sonra isə fotosərgi nümayiş etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00