Ukraynada Xocalı qurbanları anılıb

Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı və ASGA Ukrayna Nümayəndəliyinin tərfdaşlığı ilə "Xocalıya Ədalət" Kampaniyası çərçivəsində növbəti anım tədbirləri Ukraynanın ən qabaqcıl təhsil mərkəzlərindən sayılan Avropa Universitetində keçirilib. "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, tədbirə Universitetin müəllim və tələbələri dəvət edilib. Avropa Universitetin rektoru İvan Timoşenko çıxışında Qarabağ və Kırım, Donetsk problemləri arasında çox böyük oxşarlıq olduğunu qeyd edib. O, Xocalı soyqırımının tanınması və bu soyqırımı törədənlərin də, hüquq qarşısında mütləq cavab verməsinin gərəkdiyini vurğulayıb. İ.Timoşenko sonda hər zaman Azərbaycan və Ukrayna dövlətlərinin bir yerdə olacağına inandığını bildirib. Xocalıya Ədalət kompaniyasının Ukrayna üzrə kordinatoru, ÜAGT -nın sədr müavini və Azərbaycanın Ukraynadakı Səfirliyinin işcisi İsgəndər Zamanov da, Ukraya və Azərbaycanın bir birinə dəstək verməsinin lazım olduğunu və soyqırımlarımı edənlərin cəzasız qalmayacağını qeyd edib. Tədbirdə çıxış edən ÜAGT - nın icraçı drektoru Elməddin Zərbəlizadə , ASGA -nın Ukrayna Nümayəndəsi Xəzri Elxanoğlu və digərləri Xocalıda vəhşicəsinə qətlə yetirilən soyqırım qurbanlarının qanlarının yerdə qalmayacağını və Xocalı Soyqırımının tanınması istiqamətində sonadək mücadilə edəcəklərini bildiriblər. Çıxışlardan sonra tədbir iştirakçıları  Heydər Əliyev Fondu tərəfindən çəkilmiş "Xocalı şəhərinin tarixi" adlı videoçarxa baxıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00