Prezidentə güvənim sonsuzdur
23 Fevral 2015 12:02 Siyasət"Paradoksdur deyilmi, manatın devalvasiyasından ən çox narazılıq edənlər 5-ci kolondakılar, mitinq keçirib "Leyla Yunusa azadlıq" qışqıranlardır". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə millət vəkili Sahib Alıyev çıxış edib. Bildirib ki, onlar da xidmətləri dollar və avro ilə ödənənlərdir: "Bəlkə xalqı düşündükləri üçün belə edirlər? Xeyr, əllərinə fürsət keçib, başlayıblar ən yaxşı bacardıqları işə, yəni qaralamağa. Özləri də gözəl bilirlər ki, valyutası devalvasiyaya uğrayan təkcə Azərbaycan deyil, bütün qonşular indiyədək bunu bir neçə dəfə ediblər. Yəqin orasını da unutmayıblar ki, özləri hakimiyyətdə olanda manat hər ay azı 60-70 faiz dəyərdən düşürdü. İnfilyasiyanın illik səviyyəsi isə 1000 faizin üzərində idi. Ölkəni elə bir hala salmışdılar ki, bu prosesin qarşısı ancaq 1996-cı ildə alındı. İndiki vəziyyətə gəldikdə isə iqtisadiyyatdan elə də başım çıxmır, amma arxayınam. Çünki canab Prezidentə güvənim sonsuzdur və bilirəm ki, o öz xalqını problemlərlə üz-üzə buraxan liderlərdən deyil və olmayacaq".