Gənc sərhədçilər hərbi and içiblər

22 fevral 2015-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib. DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliye¬vin təbrik telefonoqramı çatdırılıb.Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələkbərov yaradıcısı müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyev olan Dövlət Sərhəd Xidmətinin sıralarına qatılmaları münasibəti ilə gənc əsgərləri və onların valideynlərini təbrik edib. General-mayor Azad Ələkbərov çıxışında Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığını, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğunu qeyd edərək, Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsu¬liy¬yətini öz üzərlərinə götürən gənc əsgərlərə müvəffəqiyyətlər arzulyıb, dövlətimizin ali diqqət və qayğısı sayəsində yaradılmış ideal şəraitdən bəhrələnərək xidmətdə yüksək nəticələrlə nail olacaqlarına və hərbi anda sadiq qalacaqlarına əminliyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00