İstanbulda Xocalı yürüşü keçiriləcək
20 Fevral 2015 12:31 SiyasətXocalı soyqırımının 23-cü ildönümü münasibətilə İstanbulun "Taksim" meydanında izdihamlı yürüş keçiriləcək. Bu barədə "OLAYLAR"-a məlumat verən Beynəlxalq Diaspora Mərkəzinin sədr müavini Samir Adıgözəlli deyib ki, yürüş Milliyyətçi Türk Partiyası və Turan Ocaqlarının təşkilatçılığı ilə baş tutacaq. "Bu məqsədlə BDM rəhbərliyinin də daxil olduğu geniş tərkibli Azərbaycan nümayəndə qardaş ölkəyə səfər edəcək. Səfər çərçivəsində həmçinin Türkiyənin nüfuzlu ali təhsil ocaqlarında Xocalı soyqırımına həsr olunan anım tədbirlərində də iştirak edəcəyik". BDM rəsmisi deyib ki, Taksimdəki Xocalı yürüşü fevralın 22-də baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00