Rusiya XİN: Təmas xəttində gərginlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yaxınlaşdırmır

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini yaxınlaşdırmır. Trend-in "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç brifinqdə deyib. Onun sözlərinə görə, qoşunlarının təmas xəttində baş verənlər təşviş yaradır və ATƏT-in bütün iştirakçı dövlətlərinin çalışdığı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə yaxınlaşdırmır: "Rusiya münaqişənin nizamlanmasında aktiv rol oynayır və bu, təkcə həmsədrlər deyil, həm də ikitərəfli təmaslarda edilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00