“ABŞ Azərbaycandakı radikal siyasi düşərgənin təmsilçilərinə önəm vermir”
Niyaməddin Orduxanlı: “Beynəlxalq təşkilatlar hər zaman Əli Kərimlidən bir vasitə kimi istifadə edib”
19 Fevral 2015 15:51 SiyasətBirləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nulandın Azərbaycana səfəri radikal müxalifət düşərgəsində məyusluq yaradıb. Buna səbəb amerikalı rəsminin sözügedən düşərgəyə daxil olan partiyalarla görüşməməsidir. Bəs görəsən buna səbəb nədir və Amerika radikal müxalifəti nə üçün siyasi qüvvə kimi qəbul etmir? Məsələ ilə bağlı fikirlərini bölüşən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib ki, Viktoriya Nuland yalnız bir neçə QHT sədri ilə görüşüb ki, həmin görüş də cəmi 20 dəqiqə çəkib: "Bu 20 dəqiqəlik görüşdə belə Əli Kərimlinin də iştirakını vacıb saymayıblar. Bu da ABŞ -ın Əli Kərimliyə münasibətidır. Ola bilsin ki, ABŞ rəsmisi Əli Kərimli ilə görüşməməsinin səbəbi keçən il Azərbaycanda keçirilən prezident seçkilərində Əli Kərimli və digərlərinin Rusiyanın layihəsi olan Milli Şuraya dəstək verməsi olub. Onun sözlərinə görə, Nuland rəsmi şəkildə bəyan edib ki, Birləşmiş Ştatlar Azərbaycanda hər hansı bir inqilab etmək niyyətində deyil: "O dedi ki, "rəngli inqilab o vaxt ola bilər ki, hökumətlə vətəndaş cəmiyyəti arasında uçurumlar olsun. Azərbaycanda inqilabdan söhbət gedə bilməz. Nəzərə alsaq ki, Nuland ötən il Kiyev küçələrində maydançılara öz əliylə kökə paylayırdı. Ukraynada yeni hakimiyyətdə kimlərin hansı vəzifədə əyləşdiriləcəyini də internetdə yayılan səs yazısından məhz onun dilindən eşidilmişdi". BAXCP rəsmisinin sözlərinə görə, Nuland yaxşı bilir ki, Azərcbaycan xalqının özü belə inqalab etmək arzusunda deyil: "Son illərdə Yaxın Şərqdə baş verən inqilablara nəzər yetirək. Yüz minlərlə insan bu inqilabların qurbanı olub. Şəhərlər dağıdılıb, xarabalığa çevrilib. Ölkənin iqtisadiyyatı çöküb. Bu ölkələrə milyardlarla dollar ziyan dəyib. Həmin dövlətlərə bundan sonra özlərinə gəlmək üçün on illərə zaman lazım olacaq. Kimə lazımdır bu inqilablar?! Bütün bunlardan yalnız xalq əziyyət çəkir". BAXCP rəsmisi Viktoriya Nulandın rəsmi şəxslərlə görüşdən sonra yalnız bir neçə QHT sədri və NİDA Hərakatının üzvü ilə görüşüdüyünə diqqət çəkib. Bildirib ki, Nulandın bu görüşü onu deməyə əsas verir ki, ABŞ Azərbaycanda fəaliyyət göstərən radikal siyasi düşərkənin təmsilçilərinə heç bir önəm vermir:" BAXCP sədrinin müavini bəzi mətbuat orqanlarında Birləşmiş Ştatların Əli Kərimli vasitəsi ilə ölkədə sabitliyin pozulmasına cəhd edəcək yazılarına da münasibət bildirib:" Əvvəla onu deyim ki, Əli Kərimli ölkədə sabitliyin pozulması, vətəndaş qaşıdurmasının baş verməsi üçün istənilən addımı atmağa hazır olan birisidir. Buna mənim heç bir şübhəm yoxdur. Bu adam bütün fəaliyyətini buna yönəldib ki, ölkədə qarşıdurma baş versin. Və o, da bundan istifadə edib ki, özünün hakimiyyətə gəlmək maraqlarını həyatan keçirsin. ABŞ-ın bəzi dairələrinin maliyyə ayırdığı məsələsinə isə, inanamıram. Beynəlxalq təşkilatlar hər zaman Əli Kərimlidən bir vasitə kimi istifadə edib. Bilirlər ki, bu adam vəziyyətə uygun anındaca öz mövqeyni dəyişən adamdır. Belə bir adama kimdir ciddi dəstək verən."
Süleyman