Amerikalılar Ermənistanda cinayətkar rejimin olduğunun yaxşı fərqindədirlər

"Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Dilqəm Əsgərovla Şahbaz Quliyevin erməni girovluğunda saxlanmalarını dəhşətli cinayət adlandırması və özü də bu fikri Ermənistanda səsləndirməsi son dərəcə önəmli məsələdir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə millət vəkili Sahib Alıyev çıxış edib. O, bildirib ki, məsələnin önəmliliyi təkcə belə çağırışlardan sonra ermənilərin soydaşalrımızı azadlığa buraxmaqdan başqa ayrı yollarının qalmamasıyla bağlı deyil: "Təbii ki, əgər daha bir həmsədr ölkənin yüksək çinli təmsilçisi hərbi xuntanı girovluqdakı soydaşlarımızı azad etməyə çağırırsa, özü də onların Xankəndində saxlanmalarını dəhşətli cinayət adlandırırsa, dalana dirənən ermənilər gec-tez onları buraxacaqlar. Amma burada daha 2 önəmli məsələ var. Birincisi budur ki, öz açıqlamasıyla Viktoriya Nuland nə qonrdarma rejimi, nə də onun uydurma məhkəməsini tanıdıqlarını ortaya qoydu. İkincisi, onun azərbaycanlıları öz torpaqlarında girov götürülmələrini dəhşətli cinayət adlandırması əslində dolayısyla da olsa, Sərkisyan rejiminə verilən qiymətdir. Bu o deməkdir ki, amerikalılar Ermənistanda cinayətkar bir rejimin olduğunun yaxşı fərqindədirlər. Sadəcə, Vaşinqtondakı bəlli çevrələr hələlik ermənilərə Nikaraquanın keçmiş diktatoru Somosaya bir zamanlar yanaşdıqları kimi yanaşırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00