Niderlandın xristian təşkilatlarına erməni vəhşilikləri barədə məlumat verilir
19 Fevral 2015 14:32 SiyasətNiderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli De Morgenster xristian təşkilatının rəhbəri Peter Colijnlə görüşüb. Bu barədə "OLAYLAR"-a məlumat verən təşkilat sədri deyib ki, görüş təşəbbüsü Peter Colijn tərəfindən gəlib: "Peter Colijn fevralın 25-də keçiriləcək foto- sərgi və konfransa dəvət aldığını, lakin öncədən planlaşdırılmış tətil səbəbindən tədbirə qatıla bilməyəcəyini təssüflə qeyd etdi. Amma təşkilat üzvlərindən başqalarının konfransa qatılacağını söylədi". Elxan Mirhəşimli deyib ki, sərginin məqsədi, Qrabağ problemi, Xocalı faciəsi, 1 milyon insanın öz ata- baba yurdundan didərgin düşməsi barədə Peter Colijnə məlumat verib: "Görüşün sonunda ona millət vəkili Elxan Süleymanovun müəllifi olduğu Qarabag faciəsi haqqında kitabı hədiyyə etdim. Belə görüşləri keçirməkdə məqsədimiz ermənilərin Xocalıda törətdiyi vəhşiliyi avropalılara çətinliklə də olsa anlatmaqdır".
Qeyd edək ki, Peter Colijn Niderlandın Christen Unie Partiyasının üzvüdür.