Həmsədrlərinin təklif verməkdən başqa işləri yoxdu
18 Fevral 2015 13:40 Siyasət"ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklif verməkdən başqa işləri yoxmu? 25 ildir ki, ancaq təklif verir, səyahət edir, zarafat edir və prezidentlərlə şəkil çəkdirirlər". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov səsləndirib. Onun szlərinə görə, əgər Ermənistan axmaq mövqelərindən geri çəkilmirsə, o zaman heç ATƏT-in Minsk Qrupu da lazım deyil: "Çünki, ermənilər bu qrupla pərdələnərək status-kvonu saxlamaqda davam edirlər. Avropa və ABŞ-ın mövqeyi isə birmənalı deyil. Onlar danışıqların davam etməsini və sülh istəyirlər. Amma, Ermənistanın sülh istədiyindən əmindirlərmi? Biz buna əmin deyilik. Çünki, bu işğalçılar Dağlıq-Qarabağın ətrafında işğal etdikləri 6 rayonan birini belə boşaltmaqdan imtina edirlər. Belə hlada, Azərbaycan nə qədər dözüm göstərməlidir? Onlar sülh istəyirsə, Ermənistanı sülh sazişinə getməyə və işğal etdikləri torpaqları azad etməyə məcbur etməlidir".