Elmar Məmmədyarov misirli həmkarına başsağlığı verdi
17 Fevral 2015 18:18 SiyasətAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının 21 vətəndaşının terrorçular tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı Misirin xarici işlər naziri Sameh Şukriyə başsağlığı məktubu göndərib.
Trend Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məktubda E.Məmmədyarov terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikasının Misir xalqının dərdinə şərik çıxdığını qeyd edin və bir daha terrorizmin bütün forma və təzahürləri pisləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00