"Tərəflərin danışıqlar üçün daha bir şansı olacaq” - Uorlik
17 Fevral 2015 16:10 Siyasət"Dağlıq Qarabağ münaqişəsi tərəflərinin danışıqlar üçün daha bir şansı olacaq". APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan Xarici İşlər Nazirliyinin binasında həmsədrlərin hər hansı yeni təkliflərinin olub-olmaması ilə bağlı jurnalistlərin sualına cavabında deyib. "Hələlik bu günə heç nə yoxdur", - deyə o, söyləyib. Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanda səfərdədir. Onlar Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Ermənistanın prezidenti Serj Sarkisyanla da görüş keçiriləcək. Səfər çərçivəsində vasitəçilər Dağlıq Qarabağa da gedəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00