Nuland Bakıya niyə gəldi?

Erkin Qədirli: “ABŞ, Baltik Dənizdən Qara Dənizədək hərbi bazalar yerləşdirə bilsə...”

"Real" Hərəkatı idarə heyətinin üzvü, siyasi analitik Erkin Qədirli ABŞ Dövlət katibinin müavini Viktoriya Nulandın Azərbaycana səfərinə münasibət bildirib. O, Nulandın Bakı səfərinin Rusiya Prezidenti Vladimir Putinin Macarıstana getməsiylə eyni vaxta təsadüf etməsinin maraqlı olduğunu vurğulayıb: "Keçən dəfə demişdim ki, ABŞ, Baltik Dənizdən Qara Dənizədək hərbi bazalarını yerləşdirmək planını gerçəkləşdirməyə başlayıb. Litva, Latviya, Estoniya, Polşa, Rumıniya, Bolqarıstan ABŞ-ın bu planıyla razılaşıblar. Arada bir Macarıstan qalır. Macarıstan hələ razılığını verməyib. Putinin Budapeşə bugünkü səfəri, çox güman ki, bununla bağlıdır - amerikan hərbi bazaların Macarıstanda yerləşdirilməsinə əngəl olmaq. ABŞ, Baltik Dənizdən Qara Dənizədək hərbi bazalar yerləşdirə bilsə, bu iki dənizi vahid təhlükəsizlik çərçivəsinə salacaq. Ondan sonra isə Qara Dənizi Xəzər Dənizilə birləşdirmək istəyəcək. Nulandın Bakıya səfəri həm də bununla bağlı ola bilər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00