Azərbaycanlı idmançı rəqibini 20 saniyəyə məğlub etdi (FOTO)

Mehman Əlirzayevin 13 tələbəsi 25 dövlət arasında 3 qızıl, 5 gümüş və 5 bürünc medal qazanıblar

İyun ayın əvvələrində 2015-ci il tarixində Gürcüstanın Tiflis şəhərində keçirilən "6th World Shotokan Championship" Dünya karate yarışmasında ölkəmizin idmançıları növbəti uğura imza atıblar.ANS PRESS-in məlumatına görə, Sumqayıt şəhəri Beynəlxalq "Shotokan Karate - Do" klubunun prezidenti, lV Dan Qara kəmər sahibi Mehman Əlirzayevin 13 tələbəsi 25 dövlət arasında Azərbaycan adına 3 qızıl, 5 gümüş və 5 bürünc medal qazanıblar.Mehman Əlirzayevin tələbələrindən biri Muradov Rəhim 20 saniyə ərzində erməni rəqibinə qalib gəldi.Vurğulayaq ki, idmançıların yarışdakı çıxışına böyük dəstəyi Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbə Nümayəndəliyi və Hacı Zeynalabdin Bələdiyyəsi göstərmişdilər. Hacı Zeynalabdin qəsəbə Nümayəndəliyi Nəsir Rzayev və Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Elşən Məmmədov, idmançılarla bir araya gələrək verdikləri tam dəstəyin artaraq davam edəcəklərini söylədilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31