Problem
Dustaq qatarından film kimi qaçış - sensasion təfərrüat, sirr kimi bilgilər
Bakının mərkəzində erməni bayraqlı maşın kimindir?
Dərsliklərdə ciddi səhv
AzTV-nin əməkdaşını maşın vurdu
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşını maşın vurub. Hadisə Parlament prospektində baş verib. Axşam saatlarında işdən çıxan Lamiyə Quliyeva prospektdə piyada keçidi ilə yolu keçərkən Bakı şəhər sakini Xamis Ağcayevin idarə etdiyi “Mercedes” markalı avtomobil vurub. Xəsarət alan Lamiyə Quliyeva xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Göygöldə "Volkswagen" yandı
Göygöldə yanğın qeydə alınıb. Göygöl rayonunda vətəndaşa məxsus "Volkswagen" markalı minik avtomobilin salonunda idarəetmə lövhəsi yanıb.
Şəmkirdə partlayış: yaralanan var
Bu gün səhər saatlarında Şəmkirdə yaşayış evində partlayış olub. Hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb. Kənd sakini 1977-ci il təvəllüdlü Araz Həsənov yaşadığı evdə qaz sızdığını hiss etməyərək siqaret çəkib və bu zaman partlayış baş verib. Hadisə zamanı A.Həsənov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Erkən nikaha daxilolma sosial problemə çevrilib
Son bir ildə Azərbaycanda 18 yaşadək nikah bağlayan bəy və gəlinlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov mətbuata açıqlamasında bildirib ki, 2016-ci ildə Azərbaycanda 18 yaşadək 315 nəfər erkən nigaha daxil olub.
Narkotik asılılıqdan azad olmaq mümkündürmü?
Narkotik asılılıq dünyada müxtəlif əhali qrupları arasında geniş yayıldığına görə sırf tibbi problemdən sosial problemə çevrilib. Qeyd olunan problemin vacibliyi, beynəlxalq ekspertlərin fikrilərinə görə, narkotik asılılıq insan şəxsiyyətini əhəmiyyətli şəkildə pozaraq, onun mənəvi aləminin tükənməsinə səbəb olur və maraq dairəsini məhdudlaşdıraraq sosial baxımdan təhlükəli şəxsiyyət formalaşmasına gətirib çıxarır. Patologiyanın qeyd olunan forması narkotik preparatların baş beyin hüceyrələrinin mübadiləsinə cəlb olunaraq, neyrotransmitterlərin mübadiləsini kobud şəkildə pozmaqla və emosional fonun qabarıq şəkildə pozulmasına, həmçinin də xəstələrin intellektual səviyyəsinin tükənməsinə gətirib çıxartmaqla daha da mürəkkəb forma alır. Yuxarıda göstərilən inandırıcı səbəblərə görə, indiki dövrdə etibarlı və effektiv müalicə üsularının işlənməsi həddindən çox vacib olan məsələlərdən biridir.














