Gəncədə qadın qatarın altında qaldı

Gəncədə qatar qadını vurub. Hadisə Gəncənin Poçt qəsəbəsi adlanan ərazisində nizamlanan dəmir yolu keçidindən bir neçə metr aralıda qeydə alınıb. Yaşı təxminən 65-70 arası olan qadını hərəkətdə olan elektrovoz vurub. Hələ ki, şəxsiyyəti məlum olmayan qadın hadisə yerində ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31