Bu çağırışçılara möhlət verilir – Siyahı
16:57 OrduMüddətli həqiqi hərbi xidmətə çağırışdan ailəvəziyyətinə görə möhlət hüququ yalnız ailədə yeganə himayədar olan şəxslərə şamil olunur.
Olaylar.az-ın bildirdiyinə görə, "Qafqazinfo" qanunvericiliyə istinadən xəbər verir ki, bu möhlət aşağıdakı hallarda tətbiq edilir:
- Başqa övladı olmayan, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata və ya anaya baxan çağırışçıya;
- Üç və daha çox övladı olanlara;
- Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş həyat yoldaşı olanlara;
- 8 yaşınadək üç və ya daha çox uşağı təkbaşına böyüdən ata və ya anaya;
- 18 yaşınadək və ya ağır əlilliyi olan qardaş və ya bacısına baxan, başqa himayəçi ailə üzvü olmayan çağırışçıya.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31