Nəqliyyat

Diqqət: bu yollar bağlanır

28 May 2018 11:18

Üzeyir Hacıbəyli və Zərifə Əliyeva küçələrində hərəkət qismən məhdudlaşdırılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Üzeyir Hacıbəyli və Zərifə Əliyeva küçələrində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Salahlı stansiyasının baş yolları əsaslı təmir olunur

25 May 2018 15:44

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir.

Şirvan-Salyan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur

25 May 2018 12:24

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şirvan-Salyan avtomobil yolu yenidən qurulur.

Bir neçə ərazidə hərəkət məhdudlaşdırılır

24 May 2018 13:41

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Səbail rayonu, Azneft dairəsi, Niyazi, İstiqlaliyyət və Lermantov küçələrində, həmçinin Neftçilər prospektinin Əziz Əliyev küçəsi - “Dalğa Plaza” arasında yerləşən hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

2 ərazidə hərəkət qismən məhdudlaşdırılır

23 May 2018 12:59

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə yasamal rayonu, Bakı Dairəvi-1 avtomobil yolunun Yeni Yasamal sahəsinə keçən hissəsində, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu avtomobil yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

“Sahil” metrosu vaxtından tez açılacaq - RƏSMİ

20 May 2018 18:09

2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun “Sahil” stansiyasının bu il iyulun 1-də təhvil veriləcəyi bildirilsə də, stansiyanın sərnişinlərin ixtiyarında daha tez olacağı gözlənilir. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, artıq köhnə eskalatorların sökülməsi və yenilərinin quraşdırılması başa çatdırılıb: “Əvvəlcədən stansiyanın iyulun 1-də açılacağını bildirmişdik. Hələlik dəqiq vaxt bilinməsə də, işlər sürətləndiyindən “Sahil” stansiyasının iyulun 1-də deyil, daha tez açılacağını deyə bilərəm.

Avtomobil yolları ilə bağlı səlahiyyətlər Avtomobil Yolları Dövlət Agentliyinə verildi

19 May 2018 07:35

Ləğv edilmiş Nəqliyyat Nazirliyinin avtomobil yolları ilə bağlı əsas səlahiyyətləri Avtomobil Yolları Dövlət Agentliyinə verilib. Nazirlər Kabineti bununla bağlı "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nda dəyişiklik edib.

Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır

18 May 2018 16:47

Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 18-dən 19-na keçən gecə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.