Şirvan-Salyan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur
Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şirvan-Salyan avtomobil yolu yenidən qurulur.
25 May 2018 12:24 NəqliyyatAvtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şirvan-Salyan avtomobil yolu yenidən qurulur.
Agentlikdən "OLAYLAR"-a bildirilib ki, uzunluğu 31 km olan Şirvan-Salyan avtomobil yolu Salyan və Şirvan rayonları arasında yerləşir. Yolun başlanğıcı Şirvan şəhəri, sonu isə M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47-ci km-dir.
II texniki dərəcəyə uyğun yenidən qurulan avtomobil yolunun ümumi eni 15 metr təşkil edir. Bura 7.5 metr enində hərəkət hissə, və hər bir sitiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla bərabər 3.75 metr təşkil edəcək.
Layihə çərçivəsində yolun normativ eninin alınması üçün zəruri olan yerlərdə genilədirmə işləri aparılır, yolun deformasiyaya uğramiş yatağı qazılaraq çıxarılır, genişləndirilmiş və qazılaraq çıxarılmış ərazilərə yararlı qrunt tökülərək yayılır və kipləşdirilir.
Yolda hərəkətin normal təşkili üçün zəruri olan hissələrdə 362 ədəd yol nişanı və məlumatverici lövhə, 31 km göstəricisi və 1240 ədəd siqnal dirəyi quraşdırılacaq, 93 km uzunluğunda yolcızgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd edək ki, respublika əhəmiyyətli yolun tikintisi başa çatdıqdan sonra 20 yaşayış məntəqəsinin 120 mindən çox əhalisinin gediş-gəlişi xeyli yaxşılaşacaq.