"BakuBus": "Avtobuslarda kondisionerlər işə salınıb"
21 May 2018 18:50 NəqliyyatBu gündən "BakuBus" MMC-yə məxsus sərnişin avtobuslarında kondisionerlər işə salınıb.
"Report" Şirkətə istinadən xəbər verir ki, kondisionerlər payızda hava sərinləşənə qədər işləyəcək.
Qeyd edək ki, "BakuBus" MMC-yə məxsus avtobuslar paytaxt ərazisində 1, 2, 3, 5, 6, 8, 13, 14, 17, 21, 125, 175 nömrəli və Hava Limanı Ekspress marşrut xəttləri üzrə hərəkət edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31