Nəqliyyat

Bakı-Quba yolunda rənglənmə və təmir işləri aparılır

29 İyun 2018 12:05

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Vaz dairəsindən Sumqayıt istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşulacaq

28 İyun 2018 12:55

Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından, Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.

Daha bir ərazidə hərəkət məhdudlaşdırılır

27 İyun 2018 14:55

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sabunçu yol qovşağından Zabrat qəsəbəsi istiqamətində və əksinə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bakıda bağlanan yollar açıldı

26 İyun 2018 12:13

Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradla əlaqədar iyunun 24-dən 26-a qədər Azadlıq meydanı və ona kəsişən küçə və prospektlərdə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət artıq başa çatıb. Hazırda paytaxtın bütün küçə və prospektləri avtomobillərin hərəkəti üçün açıqdır.

Bakı-Tbilisi-Qars dəmir yolunda daha bir ilk

25 İyun 2018 11:44

Bu vaxta kimi konteynerlər vasitəsi ilə yüklərin daşınması həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk dəfə olaraq yük vaqonları ilə nəql edilib.

Prezident Balakəndə yol tikintisi ilə bağlı sərəncam imzalayıb

22 İyun 2018 17:25

Azərbaycan Prezidenti İlham Əliyev Balakən rayonunun Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.