“Nəqliyyatçıların əmək hüquqlarının həmkarlar ittifaqları tərəfindən müdafiəsi” Bakıda müzakirə olunur

27-28 iyun 2018-ci ildə  Bakı şəhərində Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası və Nəqliyyatçıların Həmkarlar İttifaqları Beynəlxalq Birlikləri ilə birgə "Nəqliyyatçıların əmək hüquqlarının həmkarlar ittifaqları tərəfindən müdafiəsi"  mövzusunda VII  beynəlxalq regional  konfransı keçirilir. "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki,  konfransın işində Beynəlxalq Əmək Təşkilatının, Nəqliyyatçıların Beynəlxalq Federasiyasının, Ümumhəmkarlar İttifaqları Konderasiyasının, Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarınын Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının,  MDB və Baltikyanı ölkələrin Nəqliyyat  işçilərinin 30 həmkarlar ittifaqından 80 nümayandə  iştirak edir. Konfransa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin və Respublika nəqliyyatçılarının həmkarlar ittifaqları komitələrinin  rəhbərləri də dəvət olunublar.

Tədbirin ikinci günü Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiya Şurasının 54-cü sessiyası keçiriləcək.

Asudə vaxtlarda seminar iştirakçıları üçün Bakının tarixi və görməli yerlərinə, Nabrandakı "Lokomotov" İstirahət Mərkəzinə ekskursiyalar da təşkil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31