Bakı-Quba yolunda rənglənmə və təmir işləri aparılır
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Vaz dairəsindən Sumqayıt istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
29 İyun 2018 12:05 İqtisadiyyatAvtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Vaz dairəsindən Sumqayıt istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
"OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək. Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
Bundan başqa Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-liyində (hər iki tərəf) yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri də aparılır.
Bu üzdən yolda hərəkət iş aparılan bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.