Bakı-Sumqayıt-Bakı marşrutunda sərnişin sıxlığı iki dəfə artıb
29 İyun 2018 13:54 İqtisadiyyatBakı-Sumqayıt avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar yolda uzun tıxac yarandığından, bu istiqamətdə hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayında xeyli artım müşahidə olunur.
"OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi, iyunun 28-dən etibarən Bakıdan 18-30-da, Sumqayıtdan isə saat 08-00-da yola düşən elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.
Qeyd edək ki, adi günlərdə Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları ilə 5 min sərnişin daşınırdısa, 28 iyunda sərnişin sayı 10 min 836 nəfərə çatıb.