Radikal ekstremizm müasir dövrün qlobal problemidir

Sona Əlizadə: “Bu gün terrorçuluq və təcavüzkar ekstremizm bütün cəmiyyətləri, o cümlədən də Azərbaycanı narahat edir”

Bu günlərdə BMT Təhlükəsizlik Şurası yekdilliklə Gənclər, Sülh və Təhlükəsizlik üzrə 2250 nömrəli qətnamə qəbul edib. Təhlükəsizlik Şurasının tarixində ilk dəfə olaraq qətnamədə sülh quruculuğu və radikal ekstremizmə qarşı mübarizə istiqamətində qlobal təşəbbüslərin dəstəklənməsi işində gənclər və gənclər təşkilatları ilə əməkdaşlığın əhəmiyyəti ön plana çəkilir. Qəbul edilən məlum qətnamənin əhəmiyyəti, onu meydana çıxaran səbəblər, eləcə də qətnamənin qəbulu prosesində Azərbaycanın rolu ilə bağlı "Bizim Gənclik" İctimai Birliyinin sədri, Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Ofisinin Gənclər üzrə Məşvərət Şurasının üzvü Sona Əlizadə ilə söhbətləşdik.

Sona xanım, Gənclər, Sülh və Təhlükəsizlik qətnaməsinin qəbulunda Azərbaycanın rolu nədən ibarət odu?

-Bizim üçün çox sevindirici haldır ki, Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forumdan sonra dünyada gənclər siyasəti mövzusunda nəzərə çarpan qlobal fəallıq müşahidə edilməkdədir. Bu Bakı Forumunun uğurla keçməsi, gənclərin gözləntiləri doğrultması ilə izah olunur. İndi Birləşmiş Millətlər Təşkilatı tərəfindən gənclərə daha çox imkanlar yaradılır, onların səsinin qlobal səviyyədə eşidilməsi və öz gələcəkləri üçün qərarların qəbul edilməsində iştirakı təmin edilir. Bu fəallığın məntiqi nəticəsi olaraq Amman şəhərində Gənclər, Sülh və Təhlükəsizlik üzrə Qlobal Forum keçirildi və gənclər BMT Təhlükəsizlik Şurasına gənclərin beynəlxalq sülh və təhlükəsizlik prosesində iştiraklarının təmin edilməsi məqsədilə hüquqi çərçivənin yaradılması üçün bəyannamə ilə müraciət ediidi. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti də bu təşəbbüsə dəstək vedi.

-Qətnamədə sözügedən məsələlər üzrə Azərbaycanda hansı addımların atılmasını məqsədəuğun görürsünüz?

-Ümumiyyətlə, radikal ekstremizm müasir dövrün qlobal problemidir. Bu gün terrorçuluq və təcavüzkar ekstremizm bütün cəmiyyətləri o, cümlədən də Azərbaycanı narahat edir. Azərbaycanın vəziyyətini digər dünya ölkələri ilə müqayisədə qənatbəxş hesab etmək olar, lakin bir müddət əvvəl baş vermiş Nardaran hadisələri və İŞİD-çılərin Azərbaycan ərazisində tutulması bu məsələnin Azərbaycandan da yan keçməməsindən xəbər verir. Biz bu hadisələri dərindən təhlil etməli və radikal ekstremizm meyillərinin qarşısının alınması istiqamətdə daha çox işlər görməliyik. Xüsusən də buna Nardaran hadisələri zamanı azyaşlı uşaqların görüntüləndiyi və sosial şəbəklərədə yayılmış video-çarxa baxdıqdan sonra bir daha əmin olduq. Əllərində taxta parçaları olan şagirdlərin dövlət qarşısında şərt qoyması və bu şərtlər yerinə yetirilmədiyi halda dərsə getməyəcəklərini deməsi bizim ailə inistutlarımızda böyük problemlərin olasından, gələcək nəslin ekstrimizmə meyilliliyindən xəbər verir. Heç kəsə sirr deyil ki, nadanlıq və savadsızlıq olan yerdə mütləq radikalizm və onun fəsadları yaranacaq. Ona görə də biz diqqəti dini maarifləndirməyə və təhsilə yönəttməliyik. Xüsusən də qadınların təhsil məsələləri qabardılmalı və onlar üçün bütün imkanlar yaradılmalıdır. Hər zaman qeyd etdiyimiz kimi bu gündə əminliklə deyə bilərik ki, savadlı qadın bir ölkənin gələcəyinə qoyulmuş ən böyük investitsiyadır. O, tək işçi deyil eyni zamanda, gələcəyin anasıdır. Bu gün BMT-nin İnkişaf Proqramı olaraq Azərbaycan qadınlarının iqtisadi və sosial həyatda işirakını dəstəkləyir və bu istiqamətdə hökumətlə əməkdaşlıq edərək müxtəlif layihələr həyata keçirirk. Bu qadınlar sırasında xüsusi yeri kənd və rayonlarda yaşayan qadınlar tutur. Reallıq budur ki, ucqar kəndlərdə yaşayan insanlarda məlumatsızlıq daha yüksəkdir və belə bir halda insanların müxtəlif dini, siyasi və etnik məsələlər üzrə ekstrizmə meyilləndirilməsi daha asandır.

-Radikal ekstremizmlə mübarizədə Azərbaycanın gənclər təşkilatları iştirak edəcəkmi?

Təəssüf ki, radikal ekstremist dairələrin qurbanları çox vaxt gənclər olur. Bu halların qarşısının alınması üçün QHT-lərin, xüsusən də gənclər təşkilatlarının üzərinə böyük məsuliyyət düşür. Təqdiredici haldır ki, gənclər təşkilatlarına bu istiqamətdə dəstək olmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqədə dini radikalizmə qarşı mübarizədə maarifləndirmə ilə bağlı xüsusi mövzu verilib. Maarifləndirmə təbliğat xarakterli işlərin gücləndirilməsi, təhsilə önəmin verilməsi ilə yanaşı gənclərin iradəli və vətənpərvər ruhda böyüdülməsini radikal ekstremizmə qarşı ən düzgün mübarizə yolu hesab edirik. Çünki ən çətini iradəsi zəif insanların qapıldığı ideologiyaya qarşı durmaqdır. Ölkədə gənclərin ekstrizmə meyillənməsi birbaşa olaraq bizim milli təhlükəsizliyimiz üçün real təhlükə yarada bilər. Təbii ki, bundan istifadə etmək niyyətində olanlar da var. Erməni lobbisi Qərbdə son zamanlar gedən islamofobiyadan məharətlə istifadə edir və Azərbaycanın dünyada terrorçu bir dövlət kimi tanınması üçün əlindən gələni əsirgəmir. Bu səbəbdəndir ki, onlar Azərbaycanda gedən prosesləri yaxından izləyir və İŞİD-çılər sırasında azərbaycanlıların da olduğu tez-tez vurğulayırlar. Bu baxımdan hər şeydən öncə məsələyə Azərbaycan vətəndaşı olaraq yanaşmalı və yalnız Vətənimizin işğal altında olan torpaqlarının qaytarılması üçün müharibəyə getməyi düşünməliyik. Unutmaq lazım deyil ki, din tarix boyunca radikalizm və ekstremizm çalarlarını yalnız birbaşa siyasətə qarışdığı zaman qazanıb və bu gün çox təəsüfləndirici haldır ki, bəzi təşkilatlar bu qüvvələrə qoşulur, fərqinə belə varmadan təcavüzkar separatizmin nümayəndəlirinə çevrilirlər. Bunun qarşısının alınması üçün isə biz vahid strategiya ilə birlikdə çalışmalıyıq.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31