“Regionda baş verən situasiyalar fonunda bütün partiyalar....”

Elşən Mustafayev: “Azərbaycanın müstəqilliyinin təhlükəsizliyinə, ərazi bütövlüyünə cavadehdirlər”

"Kimsə bu məsələdə iqtidar- müxalifət bölgüsü aparmamalıdır"

Artıq 2015-ci ili başa vurmağımıza sayılı günlər qalıb. Bir çoxları 2015-ci ili Azərbaycan üçün uğurlu, bəziləri isə uğursuz il kimi xarakterizə edir. Amma ötən ilə qısaca nəzər yetirdikdə 2015-ci ili Azərbaycanın siyasi və iqtisadi həyatı, ölkəmizin təbliği baxımından müsbət il kimi dəyərləndirmək olar. Bunlar sırasında cari ilin yay ayında Bakıda keçirilən Birinci Avropa Oyunlarını xüsusi qeyd etmək lazımdır. Bəs görəsən 2015-ci il Azərbaycan müxalifəti üçün nə dərəcədə uğurlu və ya uğursuz oldu? Ümumiyyətlə, müxalif düşərgə başa vurmaqda olduğumuz ili necə xarakterizə edir? Bə və ya digər suallarla bağlı Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayevə müraciət etdik.

-Elşən bəy, 2015-ci il Azərbaycan müxalifəti, eləcədə AMİP üçün nə dərəcədə uğurlu və ya uğursuz oldu?

-Başa vurmaqda olduğumuz 2015- ci ilə iki istiqamətdən qiymət vermək olar. Birinci istiqamət partiyadaxili fəaliyyətin səviyyəsi, inkişafı, bu istiqamətdə görülən işlər və s. Bu məsələdə bütün partiyalardan yox, yalnız Azərbaycan Milli İstiqlal Partiyasındən danışa bilərəm . 2015-ci il seçki ili olduğu üçün AMİP həm təşkilati, həm ideoloji, həm də beynəlxalq əlaqələr səviyyəsində uğurlu fəaliyyət göstərib. İkinci istiqamət isə görülən işlərin nəticələrinə görə qazanılan uğurlara qiymətdir ki, burada daha geniş qiymət vermək lazımdır. Məhz ikinci istiqamətə qiymət verərkən deyərdim ki, bu il bütün partiyalar o cümlədən hakimiyyət partiyası üçün də uğursuz il olub. Çünki hesab edirdim ki, ilin əvvəlindən ölkənin siyasi partiyaları ilə iqtidar arasında 3 dəfə keçirilən dialoq davamlı olacaq, sivil iqtidar müxalifət münasibətləri ölkə siyasi həyatına müsbət mənada yeni impuls verəcək və nəticədə bu dialoq parlament divarları arasında davam edəcək. Təəssüf ki, bu il bu imkan əldən verildi.

-Partiya olaraq 2016-cı ildən gözləntiləriniz nədir?

-Regionda baş verən situasiyalar fonunda ilk növbədə bütün patiyalar Azərbaycanın müstəqilliyinin təhlükəsizliyinə, ərazi bütövlüyünə cavadehdirlər. Kimsə bu məsələdə iqtidar- müxalifət bölgüsü aparmamalıdır . İlk növbədə buna hüquqi məsuliyyət daşiyan hakimiyyət olduğu üçün ümüd edirəm ki, məhz hakimiyyət də bu məsələdə birliyi təmin etməyə çalışmalıdır. Regionda konfliktli hadisələrin artan xətlə inkişafına baxsaq bu birliyin ölkə üçün nə dərəcədə hava, su kimi lazım olduğunu görərik.

-Ümumiyyətlə, 2016-cı il regiona, xüsusilə Azərbaycana nə vəd edir?

-2016 ci ili regionda davam edən ciddi problemlərlə qarşılayırıq. Bura neftin qiymətinin kəskin aşağı düşməsini də əlavə etsək düşünürəm ki, bu il bizim üçün elə də asan olmayacaq. Regionda isə vəziyyət daha da gərginləşə bilər. Görürsünüz ki, Ukrayna məsələsində Rusiya açıq şəkildə məsələyə hərbi müdaxilə etməsə də, Suriya məsələsində İŞİD-lə mübarizə adı altında artıq konflikt iştirakçısına çevirilib. Azərbaycanın yeganə müttəfiqi Türkiyəni də bu konfliktə cəlb etmək istəyirlər. Birləşmiş Ştatlar və koalisiya qüvvələri Suriyaya 100 minlik quru qoşunları yeritməyə hazırlaşır. Bütün bunlar onu deməyə əsas verir ki, əgər tez bir zamanda bu problemi soyuq başla həll edə bilməsələr hadisələr daha qaynar fazaya keçə bilər. Bir region dövləti olaraq bunun bizə də təsiri dəyə bilər. Mən yuxarıda vətandaş birliyinin, siyasi partiyalarla işgüzar dialoqun, qarşılıqlı anlaşmanın olmasını həm də məhz belə təsirlərdən yayınmaq üçün vacib olduğunu nəzərdə tuturdum.

-Qarşıdakı illər müxalifətin toparlanması, bir araya gəlməsi üçün nə dərəcədə əlverişli olacaq?

-İqtidarsız cəmiyyət olmadığı üçün müxalifətsiz də cəmiyyətin normal inkişafı mümkünsüzdür. Bu gün ölkədə güclü sağlam müxalifətin olması ilk növbədə xalqa və sonra da iqtidara lazımdır. Mən demirəm ki, iqtidar müxalifətin yaranmasını, formalaşmasını təşkil etməlidir. Amma bu şəraiti yaratmalıdır ki, dövlət idarəetməsinin vacib qolu olan siyasi partiyalar institutu inkişaf etsin. Mən müxalifətin toparlanması, bir araya gəlməsi ifadələrini tamam başqa şəkildə təsəvvür edirəm. Siyasi partiyalar ayrı-ayrılıqda güclənməlidirlər. Öz ideoloji, iqtisadi baxışlarına görə seçkilər ərəfəsində ehtiyac olarsa birgə fəaliyyət göstərməlidirlər. 90-cı illərdə müxalifət partiyalarının güclü vaxtında onların fəaliyyətinin dövllətçiliyə hər hası təhlükəsi var idimi? Yox. Və yaxud həmin illərdə ölkə daxilində gənclərimizin radikal dini qruplara qoşulması təhlükəsi var idimi? Yenə də yox. Çünki ölkənin istər narazı, istər siyasi aktiv, istərsə də inanclı gənclərinin böyük əksəriyyəti siyasi partiyalarda təmsil olunurdular.

-Ümumiyyətlə, bu il Azərbaycan üçün müsbət və mənfi cəhətləri ilə nə ilə yadda qaldı?

-Bu il Birinci Avropa Oyunlarının keçirilməsini ölkəmizi tanıtmaq baxımından müsbət hal hesab edirəm. Heftin qiymətinin kəskin aşağı düşməsi, manatın devalivasiyası, Qarabağ probleminin bu il də həll edilmədən qalmasını isə bu ilin mənfi cəhətləri kimi qitymətləndirərdim.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31