Mədəniyyət

“Aşıq musiqisi axşamları” layihəsi davam edir

9 Fevral 2018 09:20

Fevralın 16-da  Beynəlxalq Muğam Mərkəzində mərkəzin “Aşıq musiqisi axşamları”  adlı möhtəşəm layihəsinin növbəti konserti keçiriləcək. Olaylar.az bildirir ki, layihənin əsas məqsədi qədim Azərbaycan musiqi  irsinin ictimaiyyətə geniş təbliğ etməkdir. Beynəlxalq Muğam Mərkəzinin bu yeni layihəsi Azərbaycan Aşıqlar Birliyinin dəstəyi  ilə keçirilir və may ayına qədər davam edəcək. 

"Pərvin, sən bu qədər pulu haradan qazanırsan?" sualına elə cavab verdi ki ... 

8 Fevral 2018 18:40

Dünən "5/5"-in qonaqlarından biri Pərvin Abıyeva olub. Cazibədar aktrisa aparıcı Zaur Kamalın "Pərvin, gəlirin haradandır ki, belə lüks həyat yaşayırsan?" sualına maraqlı reaksiyası ilə diqqət çəkib.

Azərbaycanlı aktrisa ərə getdi

8 Fevral 2018 18:30

Aktrisa Natavan Əfəndiyeva ailə qurub. O bu haqda "Facebook" səhifəsində yazıb. 

Məşhur qarmon ifaçısının 125 illiyi - Muğam Mərkəzində

8 Fevral 2018 15:17

Fevralın 15- də Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə məşhur qarmon ifaçısı Kor Əhədin (Əhəd Əliyev)125 illik yubiley gecəsi keçiriləcək. 1893-cü ildə Bakıda doğulmuş, 3 yaşında görmə qabiliyyətini itirmiş, lakin öz fitri istedadı, əzmi və iradəsi sayəsində müstəqil olaraq qarmon çalmağı öyrənən, 10 – 12 yaşlarında artıq 14 dilli qarmonda müxtəlif oyun havalarını gözəl ifa etməyi bacaran, Əhəd Əliyev 20-25 yaşlarında artıq mahir qarmon ifaçısına çevrilmişdir.

"Ailə qurmaq mənlik deyil" -  Mənzurə

8 Fevral 2018 15:16

ARB TV-nin “Sayqa ilə bu axşam” proqramının növbəti qonağı müğənni Mənzurə Musayeva olub. Müğənni efirdə ona yazılan şərhlərdən və evlilik təkliflərindən danışıb. “Hətta zəng də vurublar. Evlilik təklifləri mənlik deyil. Deyirlər ki, ailə qur, mən də onlara deyirəm ki, mənlik deyil.

"Məleykə Əsədovanın görünüşünü dəyişmək istəyirəm"

8 Fevral 2018 15:07

Stilist Anar Ağakişiyev xalq artisti Məleykə Əsədovanın stilini dəyişmək istədiyini deyib. Məlumata görə, stilist bu haqda qonaq olduğu “5/5” verilişində söyləyib. O, aparıcı Zaur Kamalın “Kimin üzünü dəyişmək istəyərdin? Kimi görəndə deyirsən ki, kaş bunu dəyişərdim" sualına belə cavab verib:

Nuriyyə Əhmədova yad edildi

8 Fevral 2018 14:19

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə Dövlət Film Fondunda Xalq Artisti Nuriyyə Əhmədovanın xatirə gecəsi keçirilib. Fonddan Olaylar.az –a bildirilib ki, tədbirdə Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev Nuriyyə xanımın həyat və yaradıcılığından geniş söz açıb. Onun canlandırdığı ekran əsərlərindəki rolların xatirələrdən silinməyəcəyini vurğulayıb.

Əməkdar artistə cadu etdilər - Uşaq qəbrindən 160 qıfıl çıxartdı - VİDEO

8 Fevral 2018 13:40

Ötən gün "Hər şey daxil" verilişində qonaq olan baxıcı ona müraciət edən məşhurlardan birinin əməkdar artist Firuzə İbadova olduğunu deyib. Falçının "Firuzə İbadovaya baxdım. Dedim "Sizə güclü əməl ediblər. O əməli öz əllərinizlə çıxartmısınız". O da öz yaxın adamının uşaq qəbrindən 160 qıfıl çıxarıb" sözlərinə verilişdə qonaq olan xanım sənətçinin duet ortağı Cavanşir Məmmədov aydınlıq gətirib.

Aktrisaların məhkəməsində vəkillərin mübahisəsi düşüb

8 Fevral 2018 13:01

Bu gün Səbail Rayon Məhkəməsində Türkiyədə yaşayan aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyeva arasında qaldırılmış qarşılıqlı iddialar əsasında məhkəmə iclası davam etdirilib. Hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndəsi çıxış edib. Daha sonra P.Abıyevanın vəkili C.Yusifov qarşılıqlı iddiaya etiraz edib. 

Könül Xasıyevanın səhhəti pisləşib

8 Fevral 2018 12:40

Xalq artisti, xanəndə Könül Xasıyeva  2 ildən çoxdur ki, səhhətindəki problemlərlə mübarizə aparır.  Çıxışlarının birində “Özümü çox pis hiss edirəm. Onurğa sütunumda problem var. Bundan başqa şəkərim var. Öz ağrı-acılarımın mətbuata çıxmasını istəməzdim. Bu, mənim problemimdir. İstəməzdim ki, məni belə görsünlər. İndi ağrılarım çoxdur, Vallah çox danışa bilmirəm. Hər gün ağrıkəsici vurulur. Ümidim bir tək Allaha qalıb. O, mənə kömək olsun”- deyə bildirib.