Sərhədsiz dünya

Firuz MUSTAFA

                                              Və yaxud Gələcək dünyanın yığcam layihəsi

Davamı

Gə­lə­cək - ta­rix­dir

Ar­tıq keç­mi­şə qo­vuş­muş vax­tın, da­ha doğ­ru­su, ta­ri­xin  təd­qi­qi ilə məş­ğul ol­maq adi, ənənə­vi sə­ciy­yə da­şı­sa da, gə­lə­cə­yin ta­ri­xi ilə məş­ğul ol­maq çox­la­rı üçün ab­surd, məna­sız, ən yax­şı hal­da, fan­tas­tik ide­ya ola­raq qal­maq­da­dır. Doğ­ru­dur, fu­tu­ro­lo­gi­ya, proq­noz­laş­dır­ma, plan­laş­dır­ma və s. ki­mi elm sa­hə­lə­ri (və ya sa­hə elm­lə­ri) bi­la­va­si­tə gə­lə­cə­yin prob­lem­lə­ri ilə bu və ya di­gər də­rə­cə­də ma­raq­la­nır; am­ma on­lar dar tə­səv­vür­lər çər­çi­və­sin­dən kə­na­ra çı­xa bil­mir; gö­rü­nür, bu na­ta­mam­lıq on­dan irə­li gə­lir ki, hə­min sa­hə­lə­rin mü­tə­xəs­sis­lə­ri gə­lə­cə­yə yal­nız ide­ya­la­rın pər­və­riş ta­pa­ca­ğı mün­bit zə­min ki­mi ba­xır, in­san fak­to­ru­nu ar­xa pla­na ke­çi­rir­lər. Biz­sə gə­lə­cə­yə in­san ta­ri­xi ki­mi ya­naş­dı­ğı­mız­dan, da­ha çox re­al ger­çək­li­yin at­ri­but­la­rı­na söy­kə­nir, kon­kret­li­yə üs­tün­lük ve­ri­rik. 

İn­san (bü­töv­lük­də bə­şə­riy­yət) öz keç­mi­şi­nə dü­zə­liş edə bil­məz. Keç­miş ar­tıq keç­miş­də qa­lıb; yal­nız gə­lə­cə­yi mü­əy­yən plan­lar əsa­sın­da "dü­zə­liş­lər­lə" qur­maq olar.

Əl­bət­tə, hər döv­lə­tin, hər mil­lə­tin gə­lə­cək haq­qın­da öz plan­la­rı möv­cud olur. Fi­lan kən­di, fi­lan şə­hə­ri sal­maq; el­mə, mə­də­niy­yə­tə fi­lan qə­dər və­sa­it ayır­maq; hər­bə o qə­dər, ma­şın­qa­yır­ma­ya bu qə­dər diq­qət ye­tir­mək; ya­xın 5-10 ilin büd­cə­si­ni mü­əy­yən­ləş­dir­mək... Am­ma, qeyd et­di­yi­miz ki­mi, bü­tün bun­lar ay­rı-ay­rı döv­lət­lə­rin "plan-pros­pek­ti­nə" da­xil olan ca­ri la­yi­hə və öh­də­lik­lər­dir. Əgər dü­şün­sək ki, za­man keç­dik­cə bi­zim möv­cud­lu­ğu­mu­zu təmin edən kom­mu­ni­ka­tiv dün­ya va­hid, bü­töv bir or­qa­niz­mə çev­ril­mək­də­dir, ha­zır­la­nan lo­kal la­yi­hə­lə­rin nə qə­dər na­ta­mam, zə­if, bir­tə­rəf­li ol­du­ğu tam ay­dın­lı­ğı ilə nə­zə­rə çar­pır.

...Və biz be­lə qə­naə­tə gə­li­rik ki, bu gün tək­cə eko­lo­ji və hər­bi sa­hə­lər­də de­yil, in­sa­nın hə­ya­tı ilə bağ­lı olan bü­tün sfe­ra­lar­da qlo­bal prob­lem­lər möv­cud­dur və söz­süz ki, hə­min prob­lem­lə­rin qlo­bal həl­li is­ti­qa­mə­tin­də, ar­dı­cıl, məq­səd­yön­lü iş­lər apa­rıl­ma­lı­dır. Am­ma baş ve­rən pro­ses­lə­rə ötə­ri bir nə­zər be­lə sü­but edir ki, bu gün dün­ya­nın ümu­mi iq­ti­sa­di-si­ya­si-mə­də­ni-hü­qu­qi pa­ra­metr­lə­ri­ni də­qiq­ləş­di­rən  və ya tən­zim­lə­yən elə bir güc­lü me­xa­nizm (rı­çaq) yox­dur. Dün­ya­nın bir tə­rə­fin­də ac­lıq, bir tə­rə­fin­də fi­ra­van­lıq; bir yan­da ölüm, bir yan­da dinc­lik; bir qütb­də de­mok­ra­ti­ya, di­gər qütb­də is­tib­dad, oli­qar­xi­ya... Hə­lə də bir çox öl­kə­lər­də in­san­lar də­ri­si­nin rən­gi­nə, gö­zü­nün qu­ru­lu­şu­na, mil­li-ir­qi mən­su­biy­yə­ti­nə gö­rə təqib və təh­qir­lə­rə məruz qa­lır; hər gün min­lər­lə in­san bir çox ağıl­dan­kəm si­ya­sət­çi­lə­rin avan­tü­rist ide­ya­la­rı­nın qur­ba­nı olur; din və dil fərq­lə­ri­nə, si­ya­si mən­su­biy­yət­lə­ri­nin ay­rı­lı­ğı­na gö­rə hə­lə də in­san­la­ra di­van tu­tu­lur, edam ağac­la­rı qu­ru­lur. Bə­şə­riy­yət hə­lə də ölüm­lə, qır­ğın­la, qi­ya­mət­lə, hik­kə ilə ha­mi­lə­dir; bu təh­lü­kə­li "do­ğu­şun" fə­la­kət­li so­nu­cu­nu gör­mək üçün heç də bö­yük ağıl sa­hi­bi ol­maq gə­rək de­yil­dir.

Yer kü­rə­si on­lar­ca iri­li-xır­da­lı döv­lət­lə­rə par­ça­lan­sa da, əs­lin­də bir ne­çə su­per­döv­lə­tin nə­za­rə­ti al­tın­da­dır. Bu nə­həng döv­lət­lər XX əsr­də müx­tə­lif lek­sik ifa­də­lər­lə ad­lan­dı­rıl­sa­lar da (iki­lər, üç­lər, dörd­lər, yed­di­lər, doq­quz­lar və s.), ma­hi­yət eti­ba­ri­lə, va­hid, yek­dil bir mis­si­ya­nı ic­ra et­mək niy­yə­tin­də bu­lun­muş­lar: dün­ya­ya ağa­lıq et­mək; heç ol­maz­sa, Yer kü­rə­si­nə sə­pə­lən­miş döv­lət­lə­rin ço­xun­da təsir, nü­fuz dai­rə­si­nə ma­lik ol­maq.

Heç kə­sə sirr de­yil­dir ki, dün­ya­nın si­ya­si-iq­ti­sa­di müs­tə­vi­sin­də baş ve­rən olay­lar çe­şid­li ma­raq və am­bi­si­ya­lar­la sıx şə­kil­də bağ­lı­dır. Bu­ra­ya fər­di ma­raq­dan tut­muş mil­li ma­raq­la­ra, qrup ma­ra­ğın­dan tut­muş re­gio­nal ma­raq­la­ra, tay­fa ma­ra­ğın­dan tut­muş par­ti­ya... ma­raq­la­rı­na qə­dər rən­ga­rəng "ma­raq növ­lə­ri" da­xil­dir. Baş ve­rən mü­ha­ri­bə­lə­rin ço­xu et­nik, əra­zi... ma­raq­la­rı, hə­min ma­raq­la­rın da­şı­yı­cı­la­rı­nın praq­ma­tik ar­zu­la­rı ilə mü­şa­yi­ət olu­nur. Bəzən qrup, tay­fa ma­ra­ğı mil­li ma­raq­dan, bəzən­sə siyasi ma­raq döv­lə­ti ma­raq­dan üs­tün olur.

Nə­dən­sə bü­tün hal­lar­da sa­da­la­­dı­ğı­mız və sa­da­la­ma­dı­ğı­mız ma­raq növ­lə­ri bə­şə­ri ma­raq­dan üs­tün olur. Hal­bu­ki dün­ya­nın qa­nun­la­rı da­ha çox kos­mik prin­sip­lə­rə əsas­lan­ma­lı­dır.

Dün­ya va­hid­dir. Əgər biz bu prin­si­pi qə­bul edi­rik­sə, de­mə­li, dün­ya­da baş ve­rən bü­tün pro­ses­lər - tək­cə tə­bii yox, iq­ti­sa­di-si­ya­si pro­ses­lər be­lə vəh­dət­də­dir və ya vəh­dət­də ol­ma­lı­dır. Bu­nu dün­ya­nın ge­di­şa­tı, "əzə­li" və "so­nu", rəngi və ça­la­rı, əl­qə­rəz, dün­ya­nın mən­ti­qi tə­ləb edir. Dün­ya­nı par­ça­la­yan bi­zik, yəni dün­ya­nın öv­lad­la­rı­dır. Biz  va­hid or­qa­nizm he­sab et­di­yi­miz dün­ya­nı his­sə­cik­lə­rə böl­dük­cə o, bir növ ki­çi­lir, öz "da­xi­li­nə" çə­ki­lir, öz "içi­nə" yı­ğı­lır. Bə­li,  Dün­ya va­hid can­lı or­qa­nizm­dir. O, öz qi­sa­sı­nı al­maq üçün özün­də hər za­man qüv­və ta­pa bi­lər. Bi­zim (?!) kəşf et­di­yi­miz nü­və si­la­hı dün­ya­nı bir ne­çə də­fə (hər hal­da 50 də­fə­dən çox!) ölü­mə məh­kum et­mə­yə qa­dir­dir. Fə­qət dün­ya­nın çox­say­lı da­ğın­tı­la­ra məruz qal­ma­ğa uzun müd­dət səb­ri ça­ta bil­məz. O, yal­nız bir də­fə, yal­nız bir tə­kan­la da­ğı­la­caq və həm də bi­zim Yer kü­rə­mi­zi, "in­san­la­rın pla­ne­ti­ni" (A.de S.Ek­zü­pe­ri) bi­zim gü­cü­müz, qüd­rə­ti­miz yox - bi­zim hik­kə­miz, hət­ta mən de­yər­dim ki, bi­zim güc­süz­lü­yü­müz, zə­if­li­yi­miz par­ça­la­yıb məhv edə­cək.

Dün­ya­nın sər­həd zo­laq­la­rı - əs­lin­də dün­ya­nın fi­zi­ki par­ça­lan­ma­sı de­mək­dir. Bu cür par­ça­lan­ma heç vaxt in­sa­nı və dün­ya­nı yax­şı­lı­ğa doğ­ru apa­ra bil­məz. Bu, dün­ya­nın, so­nuc­da to­tal məh­vi­nə apa­rıb çı­xa­ra bi­lər. Əs­lin­də isə, dün­ya "bir­ləş­miş qab­lar qa­nu­nu" prin­si­pi üz­rə ya­şa­ma­lı və ida­rə olun­ma­lı­dır.

Əl­bət­tə, dün­ya­da baş ve­rən ic­ti­mai-so­si­al pro­ses­lər heç də pri­mi­tiv sə­ciy­yə da­şı­mır və tə­bii ki, "dün­ya prob­le­mi­ni" bə­sit yol­lar­la həll et­mək qey­ri-müm­kün­dür; bu hə­qi­qə­ti dərk et­mə­mə­yin özü ba­ğış­la­nıl­maz­dır. Mil­lət­lə­rin, xalq­la­rın av­to­ma­tik qay­da­da çul­ğalaş­ma­sın­dan, "bir­ləş­mə­sin­dən", "hib­rit­ləş­mə­sin­dən" da­nış­maq sa­də­lövh­lük olar­dı. Ələl­xü­sus, mil­lət­lə­rin öz mü­qəd­də­ra­tı­nı həll et­mə­yə da­ha çox can at­dı­ğı çağ­daş mər­hə­lə­də bu ba­rə­də dü­şün­mə­yin özü be­lə ab­surd­dur. Zo­ra­kı­lıq va­si­tə­si­lə "bir­ləş­mə­yin" ən ba­riz nü­mu­nə­si ki­mi keç­miş SSRİ "ca­la­ğı­nı" xa­tır­lat­maq ki­fa­yət­dir. Gö­rü­nür, dün­ya bir­ləş­məz­dən əv­vəl - in­teq­ra­si­ya­dan ön­cə dif­fe­ren­sa­si­ya­ya məruz qal­mal­dır. Yal­nız bə­ra­bər­hü­quq­lu xalq­la­rın ey­ni hü­qu­qi müs­tə­vi­də bir­ləş­mə­si zə­ru­rə­tin­dən da­nış­maq olar. Bir xalq di­gər xal­qın "tər­ki­bin­də" qal­maq­la, üs­tə­gəl, zo­ra­kı­lıq­la, Dün­ya bir­li­yi­nə qo­vu­şa bil­məz.

Bi­zim dok­tri­na­mız­da (əgər be­lə de­mək təbi­ri- ca­iz­sə) söh­bət azad in­san­la­rın və müs­tə­qil xalq­la­rın ey­ni si­ya­si-so­si­al müs­tə­vi­də­ki "bə­ra­bər­li­yin­dən" ge­dir; bəzi­lə­ri üçün bu ide­ya xə­yalp­lov ki­mi gö­rün­sə də!

Hər hal­da bi­zim gəl­di­yi­miz qə­na­ət be­lə­dir ki, müx­tə­lif am­bi­si­ya­lar­dan do­ğan "par­ça­la, hökm sür" si­ya­sə­ti­nə son qo­yul­ma­lı, bə­şə­ri in­ki­şa­fın, bə­şə­ri tə­rəq­qi­nin ye­ni mo­de­li ha­zır­lan­ma­lı, iki sis­tem ara­sın­da­kı məlum "an­to­qo­nist" zid­diy­yət­lə­rin föv­qün­də da­ya­nan "üçü­cü" bir xətt - yol for­ma­laş­ma­lı, dün­ya­nın bü­tün və­tən­daş­la­rı hürr və dürr ya­şa­ma­lı, Dün­ya və Və­tən­daş öz bü­töv­lü­yü­nü bər­pa et­mə­li­dir.

Dün­ya­nın si­ya­si xə­ri­tə­sin­də za­man-za­man apa­rı­lan "dü­zə­liş­lərə" son qo­yul­ma­lı, da­ha doğ­ru­su, Yer kü­rə­si­ni par­ça­la­yan fi­zi­ki səd­lər bir­də­fə­lik gö­tü­rül­mə­li, Ye­rin bağ­rı­nı də­lən sər­həd di­rək­lə­ri məhv edil­mə­li, Dün­ya sər­həd­siz ol­ma­lı­dır. İl­kin mər­hə­lə­də, heç ol­maz­sa dün­ya bir­li­yi­nə da­xil olan öl­kə­lər ara­sın­da sər­həd­lər şəf­faf­lan­dı­rıl­ma­lı­dır.

Dün­ya­nın "sər­həd­siz­li­yi" ilk ba­xış­da kos­mo­po­lit nöq­te­yi-nə­zər, uto­pik ar­zu ki­mi gö­rün­sə də, bə­şə­riy­yə­tin gə­lə­cək hə­ya­tı­nı bun­suz tə­səv­vü­rə gə­tir­mək müm­kün de­yil­dir. Bəzi­lə­ri üçün kos­mo­po­lit - uto­pik - idil­lik - fan­tas­tik gö­rü­nə­cək, bəzi­lə­rin­də is­teh­za do­ğu­ra bi­lə­cək, bəzi­lə­ri­nin  sa­yıq­la­ma ad­lan­dı­ra­ca­ğı bu fi­kir əs­lin­də tək­zi­be­dil­məz re­al­lı­ğa söy­kə­nir. Özü­nü fa­tal dü­şün­cə­dən, mis­tik xül­ya­dan, xəs­tə il­lü­zi­ya­dan uzaq he­sab edən mü­əl­lif be­lə bir qə­naə­tə qə­fil­dən, bir­dən-bi­rə gəl­mə­miş­dir. Be­lə bir nə­ti­cə­yə gəl­mə­yin əsa­sın­da, əl­bət­tə, nə­sə föv­qəladə ver­gi im­puls­la­rı və ya Nos­tra­da­mus "proq­noz­la­rı" da da­yan­mır. Bu, sırf el­mi-nə­zə­ri əsa­sa söy­kə­nən ba­xış­la­rın tə­za­hü­rü­dür.

Dün­ya­nın (və özü­nün) ya­ran­ma­sın­da öz ro­lu­nu və ye­ri­ni mü­əy­yən­ləş­dir­mək in­san üçün çə­tin ol­sa da, dün­ya­nın (və özü­nün) möv­cud­lu­ğu­nun ma­hiy­yə­ti­ni mü­əy­yən­ləş­dir­mək müm­kün­dür.

Yəni "sən ne­cə ya­ran­dın?" sua­lı­na də­qiq el­mi ca­vab tap­maq bu gün müş­kül­sə də, "sən nə üçün ya­şa­yır­san?" sua­lı­na ca­vab ara­maq müm­kün­dür və bu sua­lı özü-özü­nə ver­mək hər bir nor­mal ada­mın in­sa­ni bor­cu­dur.

Tək­cə 20-ci yü­zil­li­yin mü­ha­ri­bə­lə­ri, hə­min mü­ha­ri­bə­lə­rin dəh­şət­li nə­ti­cə­lə­ri bi­zim ha­mı­mı­zı bu gün  məlum Şeks­pir sua­lı qar­şı­sın­da qoy­ma­lı­dır: "Olum, ya ölüm?". Nə et­mə­li? Doğ­ru­dan da, nə et­mə­li? Tay­fa sa­vaş­la­rı­nı, et­nik qır­ğın­la­rı, mil­li mü­ha­ri­bə­lə­ri, döv­lət­lə­ra­ra­sı mü­na­qi­şə­lə­ri da­vam et­dir­mə­li, yox­sa möv­cud və­ziy­yət­dən bir­gə çı­xış yol­la­rı ax­tar­ma­lı? So­yuq və is­ti mü­ha­ri­bə­lə­rin alo­vun­dan min­lə­rin, mil­yon­la­rın cə­sə­din­dən ton­qal qa­la­ma­lı, yox­sa küt­lə­vi qır­ğın­la­ra bir­də­fə­lik son qoy­ma­lı?

Ka­man-ox sa­va­şın­dan nü­və mü­ha­ri­bə­si­nə­dək "şə­rəf­li" (bəl­kə də  şə­rəf­siz) bir yol keç­miş bə­şər öv­la­dı öz ta­ri­xi bo­yu min­lər­lə ki­çik və bö­yük hər­bin şa­hi­di və ya iş­ti­rak­çı­sı ol­muş, bə­şə­ri si­vi­li­za­si­ya­nın məh­vin­də az və ya çox də­rə­cə­də rol oy­na­mış­dır. Tək­cə Av­ro­pa öl­kə­lə­ri­nin mü­ha­ri­bə­lər­də ver­di­yi in­san it­ki­si 17-ci əsr­də 3,3 mil­yon nə­fər, 18-ci əsr­də 5,4 mil­yon, 19-cu əsr­dən 20-ci əs­rin əv­və­li­nə­dək (I Dün­ya mü­ha­ri­bə­si­nə­cən) 5,7 mil­yon, I Dün­ya mü­ha­ri­bə­sin­də 10 mil­yo­na qə­dər, II Dün­ya mü­ha­ri­bə­sin­də 50 mil­yon nə­fər­dən çox ol­muş­dur. Bu, tək­cə Av­ro­pa qi­tə­sin­də­ki it­ki­lə­rin sta­tis­ti­ka­sı­dır. Bəs di­gər qi­tə­lər­də ne­cə, sülh və əmin-aman­lıq ol­muş­dur? Əs­la! Ümu­miy­yət­lə in­di­yə­cən bə­şər ta­ri­xin­də baş ver­miş 14500-ə qə­dər müx­tə­lif miq­yas­lı mü­ha­ri­bə­lər­dən 3 mil­yard ya­rım­dan çox in­san tə­ləf olub. Mü­ha­ri­bə­lər­də çə­ki­lən xərc qı­zı­la çev­ril­səy­di ek­va­tor xə­ti bo­yun­ca Yer kü­rə­si­nin "be­li­nə" 10 ki­lo­metr enin­də 8 metr hün­dür­lü­yün­də qı­zıl çək­mək olar­dı. Dün­ya­mız öz ta­ri­xi bo­yu mü­ha­ri­bə mey­da­nı­na çev­ril­miş, in­san sal­la­xa­na­sı­na bən­zə­miş­dir. Hal­bu­ki Yer üzün­də hər bir in­sa­nın və hər bir xal­qın ya­şa­maq haq­qı var; nə ya­zıq­lar ki, bu haqq çox vaxt in­sa­nın öz­ həm­nəs­li tə­rə­fin­dən tap­da­nıb. 

ARDI VAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31