Yuğ Dövlət Teatrında yubiley
Bu gün Yuğ Dövlət Teatrının aparıcı səhnə ustası Sonaxanim Mikayilovanın 60 yaşı tamam olur. Sona xanımı teatrın bütün kollektivi adından təbrik edir, ona sağlam və uzun ömür arzulayır, yaradıcılığında daim uğurlar diləyirik.
2 Fevral 2017 12:21 MədəniyyətBu gün Yuğ Dövlət Teatrının aparıcı səhnə ustası Sonaxanim Mikayilovanın 60 yaşı tamam olur. Sona xanımı teatrın bütün kollektivi adından təbrik edir, ona sağlam və uzun ömür arzulayır, yaradıcılığında daim uğurlar diləyirik.
Qeyd edək ki, Sonaxanım Mikayılova 1979-cu ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu (Yevgeni Semyonoviç Matveyevin emalatxanasında təhsil alıb) bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə Z.Abbasovun "Onun bəlalı sevgisi" (Xalidə) filmi ilə başlamış, K.Əzimzadənin "İsmayıl bəyin sandıqçası" filmində Ana, K.Əzimzadənin "İmtahan" filmində Ana, Ənvər Əblucun "Sarı köynək" filmində Zəminə, E.Qasımovun "Köhnə bərə" filmində Əminə, Ş.Nəcəfzadənin "Kral ölüb yaşasın kral" filmində kraliça, E.Səfərovun "Məhbus" filmində Ana, K.Rüstəmbəyovun "Bakı" filmində Jurnalist, V.İbrahimoğlunun "Qurama" filmində Ana, R.Mirzəyevin "Əkinçi" filmində Hənifə xanım, "Dronqo" filmində Nərminə obrazlarını yaradıb. Aktrisa 1989-cu ildən "Yuğ" teatrında çalışır. Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna malik olan aktrisa "Yol", "Dəli Domrul", "Yuxu", "Salam", "Savalan", "Can üstə", "Birinci akt", "Vəsl" ("Mən, Məhəmməd Füzuli..." layihəsi), "Naməlum Axundzadə", "Medeya. Sekvensiya 01" tamaşalarında maraqlı obrazlar yaratmışdır. S.Mikayılova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.
Qeyd edək ki, Sona Məmmədağa qızı Mikayılova Azərbaycan Respublikası Prezidentinin 3 may 2011-ci il tarixli sərəncamı ilə əməkdar artist fəxri adına layiq görülüb. Prezident Mükafatçısıdı.