İş adamından hamilə olduğu deyilən müğənni: "Bic doğmuram ki…"
Müğənni Şəbnəm Tovuzlu iş adamından hamilə olması barədə yayılan məlumatlara aydınlıq gətirib.
21 Sentyabr 2016 19:17 MədəniyyətMüğənni Şəbnəm Tovuzlu iş adamından hamilə olması barədə yayılan məlumatlara aydınlıq gətirib.
Xalqxeber xəbər verir ki, sənətçi açıqlamasında məlumatları təkzib edib: "Mən bütün günü efirlərdə və tədbirlərdəyəm. Hamı məni görür. Necə hamiləyəm ki, onu görən, bilən yoxdur? Elə bir şey olsa, sevinərəm, Allaha şükür "bic" doğmuram ki... Ana olmaq böyük duyğudur, təbii ki, hamilə olsam, açıqlayacağam. Onu da deyim ki, ana olmaq fikrim var".
Şəbnəm Tovuzlu uzun müddətdir ki, hamilə qaldığı deyilən iş adamından ayrıldığını vurğulayıb: "Biz hardasa 5 il ailə kimi yaşamışıq, rəsmi nikahda deyildik. Sözümüz düz gəlmədi. Bir ildir ki, ayrılmışıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31