Vasiflə Nadir arasında QALMAQAL: "Kişi olmaq istəmirsə, olmasın"
Müğənni Nadir Qafarzadə ilə Vasif Məhərrəmli arasında qalmaqal yaranıb. Axşam.az bildirir ki, N.Qafarzadənin "Azərbaycanda 5 kişi müğənnisi varsa, beşi də Eltondur" sözlərinə V.Məhərrəmli əsəbiləşib. İfaçı "10-dan sonra" verilişində həmkarına belə cavab verib:
21 Sentyabr 2016 16:52 MədəniyyətMüğənni Nadir Qafarzadə ilə Vasif Məhərrəmli arasında qalmaqal yaranıb.
Axşam.az bildirir ki, N.Qafarzadənin "Azərbaycanda 5 kişi müğənnisi varsa, beşi də Eltondur" sözlərinə V.Məhərrəmli əsəbiləşib.
İfaçı "10-dan sonra" verilişində həmkarına belə cavab verib:
"5 müğənni varsa" desəydi, normaldır. Amma "5 kişi müğənnisi" pis ifadədir. Nadirin özü bilər, sərbəst fikridir. Mən kişiyəm, yaxşı, sevilən müğənniyəm. Əsl kişi müğənnisi özüməm. Nadir kişi olmaq istəmirsə, olmasın. Düzgün yanaşma deyil. Eltonu mən də bəyənirəm, gözəl oxuyur. Nadirin o sözünün cavabı da bu cür olar".