"Kamran Həsənlinin bacısının ölkədən çıxışına qadağa qoyulub"

Müğənni Samir Piriyevlə şoumen Kamran Həsənli arasındakı qalmaqal daha da şiddətlənib. 

Müğənni Samir Piriyevlə şoumen Kamran Həsənli arasındakı qalmaqal daha da şiddətlənib. 

Axşam.az  bildirir ki, K.Həsənlinin bacısı Gülər Həsənlinin ölkədən çıxışına qadağa qoyulmaması ilə bağlı açıqlaması ifaçını özündən çıxarıb. 

S.Piriyev bildirib ki, şoumen yalan danışır:

"Kamran Həsənli açıqlama verib ki, bacısının ölkədən çıxışına qadağa qoyulmayıb. Bütün mətbuat nümayəndələrindən xahiş edirəm ki, Daxili İşlər Nazirliyi və işi icra edən orqanlarla əlaqə saxlasınlar. Onda bilinəcək ki, hansı tarixdən Gülərin ölkədən çıxışına qadağa qoyulub. 

Gülər Həsənli istintaqa ifadə verəndən sonra onun ölkədən getməsinə icazə verilmir. Onunla bağli istintaqda şübhələr var idi, hamısı da təsdiqləndi. Onun qadağası olduğu halda necə ölkədən rahat çıxa bilər? Onun bu etirafından sonra başa düşürsünüzmü onun güclü himayədarları var? 

Kamran Həsənliyə biri başa salsın ki, verdiyi bu ifadələr bir gün onu xilas edə bilməyəcək".

Qeyd edək ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini, onun bacısı Gülər Həsənlinin istintaqdan yayındığını bildirib. Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31