"Bu şəhərdə"nin Coşqununun son vəziyyəti...

Xəbər verdiyimiz kimi, əməkdar artist Coşqun Rəhimov ötən gün üçüncü dəfə əməliyyat olunub. 

Xəbər verdiyimiz kimi, əməkdar artist Coşqun Rəhimov ötən gün üçüncü dəfə əməliyyat olunub. 

Məlumata görə, "Bu şəhərdə" komandasının prodüseri Müşviq Abbasov "ATV xəbər"ə açıqlamasında aktyorun boğazında yenidən şiş əmələ gəldiyini bildirib:

"Əməliyyat 3 saat çəkdi. Limfa düyünlərində problem var idi. Yenidən bir neçə törəmə yaranmışdı. İndi vəziyyəti yaxşıdır, bir neçə gündən sonra ayağa qalxacaq".

Qeyd edək ki, C.Rəhimov uzun müddətdir qalxanabənzər vəzin xərçəngi xəstəliyindən əziyyət çəkir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31