Təranə Qumral Nazəninin ərindən üzr istəyib, təzminat ödəyəcək?
Müğənni Təranə Qumralla həmkarı Nazəninin həyat yoldaşı Məhəbbət Həsənov arasında məhkəmə baş tutub. SİA-nın verdiyi xəbərə görə, aylar öncə Nərimanov Rayon Məhkəməsində çıxarılan qərara görə T.Qumral, Nazənin və həyat yoldaşında üzr istəyib, maddi təzminat ödəməli idi. Lakin hakimin qərarı ilə razılaşmayan Təranə xanım bu ilin yanvarında Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. İfaçının cəhdi uğursuz olub. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi də qərarı dəyişilməz olaraq qüvvədə saxlayıb.
24 Avqust 2016 17:49 MədəniyyətMüğənni Təranə Qumralla həmkarı Nazəninin həyat yoldaşı Məhəbbət Həsənov arasında məhkəmə baş tutub. SİA-nın verdiyi xəbərə görə, aylar öncə Nərimanov Rayon Məhkəməsində çıxarılan qərara görə T.Qumral, Nazənin və həyat yoldaşında üzr istəyib, maddi təzminat ödəməli idi. Lakin hakimin qərarı ilə razılaşmayan Təranə xanım bu ilin yanvarında Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. İfaçının cəhdi uğursuz olub. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi də qərarı dəyişilməz olaraq qüvvədə saxlayıb.
Qeyd edək ki, Təranə Qumral Nazəninin həyat yoldaşı Məhəbbət Həsənovu verilişlərin birində qonaq olarkən ünvanına işlətlədiyi təhqirlərə görə məhkəməlik olmuşdu.