Zaur: "Efir xatirinə edirəm"
"Xəzər" telekanalının aparıcısı Zaur Kamal ona "yekəxana, özündənrazı" deyənlərə cavab verib.
22 Avqust 2016 18:01 Mədəniyyət"Xəzər" telekanalının aparıcısı Zaur Kamal ona "yekəxana, özündənrazı" deyənlərə cavab verib.
Big.az bildirir ki, aparıcı "Star life" verilişində özü ilə bağlı bunları deyib:
"Kənardakılar məni kobud, özündənrazı tanıyırlar. Bu cür deyiləm. İnstaqramda da mənə bunu yazıb, irad tuturlar. Deyirəm ki, realda görsəniz, bu fikriniz alt-üst olacaq. Müğənnilər efirdə etdiklərim üçün incimirlər. Verilişdə onlara söz atmağım, acılamağım efir xatirinədir. Neçə ildir, hamısıyla dostam, heç biri ilə küsülü deyiləm. Proqramdan sonra danışırıq, görüşürük. Mən kinli deyiləm. Ürəyiyumşaqlığımdan istifadə etməyə çalışan müğənnilər olub, imkan verməmişəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31